İran “Zülfüqar”la vurdu. İsraildən reaksiya
Bizimsesimiz.info // İranın endirdiyi raket zərbələrindən narahat deyilik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
“İsrail bütün proseslərə hazırdır. Bizim heç nədən qorxumuz yoxdur”, – Liberman deyib.
İsrail Baş naziri Benyamin Netanyahu isə İranın Suriyada öz hakimiyyətini qurmaq istədiyini bildirib: “İran Hizbullahı müasir silahlarla təhciz edir. Tehranın bütün addımlarını nəzarətdə saxlayarıq. İranı bizi təhdid etməməyə çağırırıq”.
Qeyd edək ki, İran iyunun 18-də “Zülfüqar” raketləri ilə Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib.