1300 illik cadu kitabı deşifrə edildi – Şeytani ruhlar, sevgi tilsimləri

Bizimsesimiz.info // Misirdə dua və caduları gün üzünə çıxaran “Ritual gücün Misir Kitabı” tədqiqatçılar tərəfindən deşifrə edilib.

Sevgi ovsunları, şeytan çıxarmalar və qara sarılıq (ölümcül infeksiya) üçün müalicələrin qədim Misir dilində yazılmış 20 səhifəlik bu kitab təxminən 1300 illik tarixə malikdir. Tədqiqatçılar tərəfindən “Ritual Gücün Kitabı” adlandırılan kitab bu gün hələ də rast gəlinən və ölümcül dərəcədə təhlükə yarada biləcək bir bakterial infeksiya olan “qara sarılığın” müalicəsi, sevgi tilsimləri və cin çıxarmanın necə həyata keçirildiyi barədə məlumatlar verir.

Kitab Qədim Misir dilində təxminən 1300 il öncə perqament kağızlara yazılıb. Avstraliya Macquarie Universitetindən professor Malkolm Choat və Sidney Universitetindən professor Gardner Ritual Gücün Kitabını (Brepols, 2014) “20 səhifəlik perqament kodeks” formasında açıqlayırlar.
Professor qeyd edilər ki, bu Qədim kitabda sevgidə və işdə uğur gətirməsi üçün ruhlarla ünsiyyətə keçmək, ya da müxtəlif xəstəlikləri müalicə etmək üçün sehrlər, ya da bir çox sayda məlumatlar cəmlənib. Məsələn, kitabda qeyd olunur ki, birini özünüzə tabe etdirmək üçün iki mismarın üzərinə sehrli sözlər oxumaq və həmin mismarları o adamın qapısının sağ və sol tərəfinə vurmaq lazımdır.
Tədqiqatçılar bu kitabın 7-ci, ya da 8-ci əsrlərə aid ola biləcəyinə inanırlar. O vaxt bir çox Misirli Xristian olduğu üçün kitabda İsa ilə bağlı bir çox dua yer alıb. Bu dualardan bir qismi bəzən “Xristianlar” olaraq adlandırılan qrup ilə əlaqələndirilir. “Seth” xristianlığınn bir qolu kimi görünən, Adəm və Həvva peyğəmbərlərin üçüncü oğlu Şitun adından gəlir. Yeni deşifrə edilən kitabda yer alan bir duada bu ritorika keçir: “Şit Şit, yaşasın Xristianlıq”.

Tədqiqatçıların dediyinə görə, kitab kimliyi sirr saxlanılan “Baktiotha” adlı müqəddəs fiqura istinad edir və deyir ki, “Sənə təşəkkürümü bildirirəm və səni ziyarət edirəm. Baktiotha, Sən etibarlı olansan, 49 fərqli canlının da üstündə bir kralsan”.

Choat və Gardner kitabla bağlı araşdırmalarını mətbuat konfransında Baktiotha kimliyini belə açıqlayıb: “Mövcud olmuş inanca görə Baktiotha ziddiyyətli duyğular daşıyan bir fiqurdur. Guya böyük bir gücdü və materialist dünyada qüvvələrin qayda-qanun qoruyucusudur”.

Kitabda Xristian və Pravoslav dualarının bir arada olması, bütün Xristian dualarının sehrli mətnlərdən əvvəl yazılması kitabın keçid sənədi olma ehtimalına işarə edilir. Yeni deşifrə edilən kitabda digər mətnlərə bənzədiyini, amma daha çox Pravoslav Xristian məlumatlar daşıdığını və bir neçə xüsusiyyətinin təkcə Şit dövrünə aid olmasına diqqət çəkilir.

Tədqiqatçılara görə, kitabda duaları, cadular “Ritual gücün yeganə vasitəsi” olaraq birləşdirildi.

Maraqlıdır, bəs, bu kitabdan kimlər istifadə edib?

Bu kitabı istifadə edənlərin kimliyi bir sirr olaraq qalır. Kitabın istifadəçisi mütləq bir rahib, ya da keşiş olmaya da bilər. Choata görə, ritual icraçılar rahiblərdən və keşişlərdən başqa icmalardır. Kim olduqları isə insanların “cadügər” deyə nişan alınmaması məqsədilə gizli saxlanılıb. Kitabda istifadə edilən dil kitabı yazanın bir kişi olduğundan xəbər verir, amma bu, yenə də mətnləri qadın bir ritual icraçısının istifadə etmədiyi anlamına da gəlmir.

Kitabın əsas forması da sirrdir əslində. Macquarie Universiteti kitabı 1981-ci illərdə Vyanada kolleksioner Maykl Fackelmandan alıb. Lakin Fackelmannın kitabı haradan və kimdən aldığı bilinmir. Yazı stili kitabın Yuxarı Misirdən ola biləcəyi təəssüratını yaradır. Kitab hazırda Sidneydə Macquarie Universiteti, Qədim Mədəniyyətlər Muzeyində saxlanılır. (moderator.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir