Bizimsesimiz.info

Etiraf etmək lazımdır ki Türk tarixi bu gün tam mənada öyrənilmir. Əslində mübahisəli tarixi hadisələr və şəxslər düşündüyümüzdən çoxdur. Bu yazıda da məhz o şəxslərdən biri olan Misirin ilk türk xanədanı olan Tolun xanədanının qurucusu qüdrətli sultan Əhməd bin Tolun haqda bəhs etmək istəyirəm. Türk tarixində təəssüf ki lazımi yer verilməyən bu şəxs qüdrətli bir türk hökmdarıdır.

Türklərin Abbasi xilafəti içərisində yüksəlişi.
Abbasi xəlifələrinin türklərə fövqəladə yaxınlıq göstərmələri, bu İslam dininin qəbul edilməsinin daha da sürətlənməsinə səbəb oldu. Xəlifə Əl-Mənsur (754-775-ci illər) zamanından etibarən türklər Xilafət ordusuna əsgər olaraq daxil olmağa başladılar. Əl-Məmun dövründə (813-833-cu illər) türklərdən xüsusi gözətçi birlikləri yaradılmağa başlandı. Nəhayət, Xəlifə Mötəsim zamanında (833-842-ci illər) xəlifəlik ordusunun əsasını türklər təşkil edirdi. Türk ordusu üçün Samarra (Samirə) şəhərini tikən Xəlifə, sarayını və paytaxtını da bura köçürdü. Xəlifə Əl-Mütəvəkkil zamanında (847-861-ci illər) isə Abbasi dönəminin ən qabaqda gələn üç şəxsiyyəti türk idi. X əsrin ilk yarısında əmirülüməralığa iki Türk sərkərdəsi Beckem və Tüzün gətirilmişdi. Türklərin Bağdadda idarəni ələ almalarına görə, uzaq əyalətlərdə olan İslam xilafətinin tərkibində olan Türk diyarları müstəqil bir hökmdar kimi hərəkət etməyə başladılar. İlk Müsəlman Türk dövlətlərindən bəziləri bu zaman surətlə quruldu. Bunlar arasında Misirdəki Tulunoğulları dövləti (868-905-ci illər), Əhməd ibn Tulun adında bir Türk sərkərdəsi tərəfindən qurulmuşdur. Əhməd ibn Tulun Doqquz Oğuz türklərindən idi. O türklərdən biri də Tolun Alp idi.

Əhməd bin Tolunun atası Tolun Alp
Tolun vəya Tolunoğuları xanədanın adı Əhməd bin Tolun atası Tolun Alp ilə bağlıdır. Tolun Alp Buxaralı bir Türkdür. Tolun Alp Abbasilərin türklərdən qurduğu orduya 818- ci ildə qatılmıştır. Orduda tez bir zamanda yüksəlmiş və önəmli saray ərkanı arasına girmişdir. Tolun Alp Abbasi xəlifəsini sui-qəsddən qurtardığına görə daha sonra Misirin idarəsi ona verilmişdir.

Əhməd bin Tolun
Tolun Alpın oğlu olan, Tolunoğullarının qurucusu Əhməd bin Tolun isə 20 iyul 835-ci il tarixində Bağdadda doğulmuşdur. O da atası kimi xilafət ordusunda xidmət göstərmişdir. 868-ci ildə Tolun Alpın ölməsi nəticəsində Əhməd bin Tolun Misirin idarəsini əlinə aldı. Məhz, bu səbəbdən bəzi qaynaqlarda 868-ci il Tolunoğullarının yaranma tarixi olaraq qeyd edilir.

Əhməd bin Tolun atasından fərqli olaraq xəlifə Mutəmid ilə arasının pozulması səbəbiylə 875-ci ildə Misirdə hakimiyyətini tam mənada bərqarar edərək müstəqilliyini elan etdi.Beləliklə Misir Tolunoğulları Türk dövləti tarix səhnəsinə daxil oldu.
Əhməd bin Tolun Abbasilərin daxili çəkişmələrindən istifadə edərək 878-ci ildə qəfil həmlə edərək Şam, Rəmblə, Xumus, Hama və Hələbi işğal etdi. Bununla da kifayətlənməyən Əhməd bin Tolun Antakya, Kınnəsir və əl-Avasımı da ələ keçirdi.

Əhməd bin Tolun Bizans imperyasıyla da uzun müddət mübarizə aparmış və mühüm qələbələr əldə etmişdir. Ən əsas hədəfi xilafəti Misirə daşımaq olan Əhməd bin Tolun bu hədəfinə çata bilmədən həyatını itirdi. Ölümündən sonra 905-ci ilədək qurduğu dövlət var olsa da istər oğul və nəvələrinin səriştəsizliyi istərsə də etnik dayağın olmaması səbəbiylə Tolunoğulları dövləti süqut etmişdir. Maraqlı məqam isə bu dövləti süquta uğradan şəxs Abbasi sərkərdəsi türk Məhəmməd bin Süleyman olmusdur.

Tolunoğulları sultanları.
1 Əhməd bin Tolun (868 – 884)
2 Humareveyh (884 – 896)
3 Ceyş bin Humâreveyh (896)
4 Hârûn bin Humâreveyh (896 – 905)

Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmaçısı Turan Rzayev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here