20 Fələstinli saxlanıb

Bizimsesimiz.info // İsrail ordusu, işğal edilmiş Qərbi Şəriyənin fərqli bölgələrində 20 Fələstinlini saxlayıb.

İsrail ordusunun yaydığı məlumatda, Qərbi şəriyədə yerləşən kənd və qəsəbələrdə Fələstinlilərin evlərinə basqın verildiyi, terror fəaliyyətlərinə qatılmış 20 qədər fələstinlinin tutulduğu bildirilib.

Qeyd edək ki, İsrail polisi Qərbi şəriyə və Şərqi Qüdsdə evlərə intensiv olaraq reydlər təşkil edir və müxtəlif bahanələrlə Fələstinliləri nəzarətə alır. Məlumata görə İsrail həbsxanalarında təxminən 300 Fələstinli uşaq var.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir