Doğru Yol Partiyasının sədri Kəramət Salah 20 Yanvar tarixinin 31- ci ildönümü ilə əlaqədar olaraq sosial şəbəkə hesabından mesaj verərək 20 Yanvar tarixini Azərbaycan xalqının Milli Qürur günü olaraq qeyd edib. Mətni olduğu kimi təqdim edirik:

“Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə daxil olan 20 Yanvar 1990- cı il – Milli Qürur Günümüzün 31 ili tamam olur.

Paytaxt Bakı şəhərinə bir neçə istiqamətdə daxil olub millətin İstiqlaliyyət hərəkatını boğmaq istəyən mənfur SSRİ ordusuna etiraz olaraq minlərlə dinc sakin sinəsini Qırmızı Ordunun silahlarına sipər etdilər. Beləliklə millətimiz 19-20 Yanvar 1990- cı il tarixində SSRİ ordusunun qarşısını kəsmək üçün dinc müqavimət zamanı 170 nəfərə yaxın şəhid, 800 nəfərə yaxın yaralı verdi.

Qeyd edək ki, şəhid qanı ilə yazılmış 20 Yanvar tarixi, faciə deyil. Əgər bir millət dövlətinin müstəqilliyi uğrunda qanını tökürsə, canını fəda edirsə bu hadisəni faciə adlandırmaq yox qəhrəmanlıq hadisəsi kimi tanımaq lazımdır.

20 Yanvar Milli Qürur günümüzdür. 20 Yanvar millətimizin qəhrəmanlıq ruhudur. Məhz sonrakı illərdə ərazi bütövlüyümüzü düşmənlərdən qorumaq üçün 20 Yanvar ruhu ilə yola çıxdı millətimizin qəhrəman övladları.

20 Yanvar ruhu ölməyib, yaşayır. Elə 44 günlük Vətən Müharibəsində də 20 Yanvar ruhunu gördük.

Milli Qürur günümüzün 31- ci ildönümündə Azərbaycan Milli Görüşçüləri, Doğru Yol Partiyası üzvləri adından Şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirəm.

Allah millətimizə yar olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Âmin !”

Bizimsesimiz.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here