Facebook app on the Apple iPhone display and desktop version of Facebook on the Apple Macbook Pro Retina. Multi devices multitasking concept. All gadgets in full focus. Varna Bulgaria - May 29 2015.

Bizimsesimiz.info // Bu ilin birinci rübündə mobil rabitə şəbəkəsində 107 milyon yeni qoşulma qeydə alınıb.

İKT.lent.az-ın “VeV.by” saytına istinadən məlumatına görə, onların ümumi sayı 7,7 milyard təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 4 faiz çoxdur. Bu barədə araşdırma aparan mütəxəssislər tərəfindən hazırlanmış nəticələrdə göstərilib.

Ən çox qoşulma Hindistanda qeydə alınıb. Bu ölkədə ümumdünya şəbəkəsinə 43 milyon insan qoşulub. Belə bir nailiyyəti mütəxəssislər onunla izah edirlər ki, yerli mobil rabitə şirkəti istifadəçilərə video rabitə üzrə pulsuz zənglər və pulsuz məlumat ötürülməsini təqdim edib.

Sonrakı yeri Çin tutur. Burada şəbəkəyə 24 milyon yeni istifadəçi qoşulub.

 

Daha sonra İndoneziya – 10 milyon, Pakistan – 5 milyon və Nigeriya – 3 milyon yeni qoşulma ilə bölüşdürürlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here