Bizimsesimiz.info // Sizlərlə  “BİZ TÜRKLƏRİN ƏSKİ İNANCI ,ŞAMANLIQ YOXSA GÖK TANRI “ isimli  məqalədə qədim türk inanclarından bəhs etdik.. Yazının ikinci hissəsində , Əski Türklərin İslamı “necə? “və” nədən?” qəbul edtiklərindən bəhs edəcəyik. Ama hər birimizə məlum olan “qılınc müsəlmanı” ifadəsinın nə qədədər doğru olub olmadığından da bəhs edəcəyik.

Türklərin İslam dinini qəbul etmələrində əskidən inanndıqları inançların büyük təsiri olduğu iləri sürülmüşdür. Bunların ən gözə çarpanı Türklərin əskidən her şeyə qadir olan əbədi Gök Tanrıya inanmalarıydı. Bu səbəblə əski Tanrı anlayışlarına tərs düşməyən İslam’ın gətirdiyi Allah inancını asanlıqla qəbul etmişlərdir.

Bununla yanaşı İslam’ın cihat əmri ilə Türklərin savaşçılıq ruhu birbirinə bənzəməkdə idi. Cihadın qarşılığında axirətdə vəd edilən mükafatlar Türkləri, özünə  çəkmişdir.

Ayrıca, Türklər də əskidən ruhlara və o biri dünyaya inanmışlardır. Digər tərəfdan Türk törəsi ilə İslam’ın ortaya qoyduğu nizam arasında, xüsusi ilə axlaqi məsələlərdə böyük bənzərliklər mövcutdur. Bütün bunlar Türklərin İslamlaşmasını asanlaşdırmışdır..(26)

Sizlərə öncədən  bəhs  etdiyimiz xüsuslar  Türklərin İslamlaşmasını asanlaşdırmış olsa da, Türkler birdən birə İslam dinini qəbul etməmişlərdir. Tabiətləri gərəryi onlar da Müslüman Ərəblərlə qarşılarına çıxan İslam’ı ilk öncə yadırgamışlar, qəbul etməmək üçün dirənmişlər, hətta bu uğurda savaşmışlardır.Nəticədə İslami yaxından tanıdıqca bu dini qəbul etməyə başlamışlarsa da, bu uzun sürən sürtüşmə, mücadələ və qarşılıqlı əlaqələr sonucu gerçəkləşmişdir. (27)

Hər birimizə, məlum olduğu kimi bəziləri biz Türklərin İslamı zorla və ya qılınc gücü ilə qəbul etdiyimizi idda edirlər.Ama bu heç də həqiqətə uyğun deyil.Ərəblərlə Türklər arasındaki savaşları İslam dininin  üzərindən qiymətləndirmək çox yanlış və qərəzli düşüncədir.Bədəvi ərəblər nə ailə qurluşunun müqəddəsliyini anlayacaq mədəniyyətə ,nə də qadına qiyməti anlayacaq qədər  alicənablığa sahib olmuşlardır.Bu səbəbdən Allah c.c  İslam dinini və Peyğəmbərimizi onlara elçi olaraq göndərdi ki,bəlkə doğru yolu  seçsinlər. Cahil və bədəvi ərəblər yaşam tərzləri və qadına ,qız uşaqlarına münasibətləri baxımında bərbat halda idilər. Bu səbəbdəndir kİ,Allah c.c Qurani -Kərimdə ilk əmir olaraq ərəbcə ” ikra” yəni “oxu” deyə əmr etdi. Bu baxımdan Muhəmməd (s.a.s) müəllimlik görəvini yerinə yetirir və İslami seçən insanlari təlim və tərbiyə edirdi .Bizlər anlamalıyıq ki,bədəvi ərəblər və farslar İslamı heç bir zaman doğru dürüst yaşamamış və  tanıdmamışlardır.Türk millətinə qarşı içdən-içə bir  nifrət bəsləmişlər. Bunların səbəblərini sizlərlə bölüşəcəyəm.

İslamin peyğəmbəri və Allahın c.c elçisi Hz Mühəmməd s.a.s   Türk millətinə çox dəyər vermiş və bunu hədislərdə də əks etdirmişdir.Bu mövzuda söylənilən çox sayda hədis mövcutdur.Bunların bir bölümü mükəmməl sənədlərdə Sahihi -Buhari,Sahihi-Müslim başda olmaq üzərə Kütüb-i-Sittə və digər önəmli hədis qaynaqlarında yer almışdır.Bu həqiqi və  köklü sənədlərə istinad edilən hədislərlə bərabər heç də doğru olmayan  türklər əliyhinə yazlılan uydurma hədislər də və səhaəyə aid edilən uyudurma xəbərlərdə vardır (28).Hansi hədislərin doğru,hansılarının uydurma olduğunu sözsüz araşdırmacılar xüsusi tarixi üsullarla ,ciddi araşdirmalarla ortaya çıxara biləcəklər.Bu mövzu ilə əlaqədar hədisləri üç bölümdə dəyərləndirmək olur:

1.Hz.Mühəmmədin Türklərin savaşçı özəlliklərinə diqqət yönəldərək Türklərlə mücadələ və savaş mövzusunda əshabına xəbardarlıq etdiyi və onlarla münasibətdə mülayim olmağı tövsiyyə etdiyi hədislər:” Türklər sizə toxunmadıqca ,siz də onlara toxunmayın.”(29)

2.Türklərin fizioloji xüsusiyyətlərini bəyan edən  hədislər: “Siz kiçik çəkik gözlü,qırmızı üzlü ,basığ burunlu,çöhrələri sanki,örs üzərində döyülmüş və üzərləri dərilərlə örtülmüş sağlam qalxanlar kimi olan Türklərlə savaşmadıqca,qiyamət qopmayacaqdır.Siz qıldan hörülmüş corab geyinən  bir qövmlə savaşmadıqca qiyamət qopmayacaqdır.”(30)

  1. Türkləri Bəni Kantura (Kantura oğulları) olaraq göstərilən və Ərəblərin əlindən ixtidarı alacaqlarını ifadə edən hədislər.:

“Türklər sizə toxunmadıqca sizdə onlara heç vaxt toxunmayınız.  Zira Kantura Oğulları soyundan gələn (bu Turanîler) Allah’ın ümmetime verdiyi mülk və səltənəti onların əlinden mutləq  çəkib alacaqdır”. (31)

Sizlərlə bu tipli hədisləri paylaşdıqdan sonra “Kantura oğulları” ifadəsi ilə əlaqədar bilgiləri qeyd edəcəyəm.

Hz. İbrahim, bərəkətli uzun bir həyat yaşamışdır. O, bu uzun ömründə birdən çox qadınla evlənmişdir və bu evliliklərdən bir çox övladı dünyaya gəlmişdir.

“Temel qaynaqlarda bunların üç  olduğu qeyd edilmektedir. Bu xanımlarından birisi Həcər;

İsmail’in anası, digəri Sara; İshak’ın anası, bir üçüncü isə Kantura’dır ki, onunTuran soylu asena olduğu qeyd edilir.”

 Dəyərli araşdırmacı və ilahiyyatçı Zekriya Kitapçı, İbnü’l –İbri’den nəqlən, Kantura’nın heç bir tərəddütə yer verilməyəcək bir şəkildə Türk Xaqanının qızı, bir Türk Prənsəsi – sultanı olduğunu qeyd etməkdədir. (32).

Bunlardan başqa Türklərin İraq və Əl-Cəzirəni ələ  keçirdib ixtidarı Abbasilərin əlindən  alacaqlarını bəyan edən hədislər vardır.(33)

İlk Müsəlman Türk dövləti olan Karahanlı Dövlətinə mənsub olan və Türkistanın Kaşqar şəhrində yaşayan dil bilgini Mahmut tərəfindən 1069-cu ilində yazılan əsər, türkcə öyrənmək istəyən qeyri-millətlər, xüsusi ilə ərəblər üçün qələmə alınmış Türkçə-Ərabcə bir sözlük olan Divanü Lügati’t-Türk’də  Türk millətindən bəhs edən hədislər  belə qeyd edilmişdir::

“And içərək söyləyirəm, mən Buxara’nın, sözünə güvenilir imamlarından birindən ve başq bir Nişapur’lu bir imamdan eşitdim. BU ikisi de sənətləri ilə bildirirlər ki, Yalvacımız (Peygəmbər), qiyamət bəlgələrinə, axir zaman qarışıqlıqlarını və Oğuz Türkləri’nin ortaya çıxacaqlarını söylediyi sırada, “Türk dilini öyrəniniz, çünkü onlar üçün uzun sürəcək egemənlik – səltənət vardır” buyurmuşdur.(34)

Sözügedən hədisdə peyğəmbərimiz Türk dilinin öyrənilməsi gərəkdiyini açıq aydın ifadə etsədə bu gün özlərini “İslam ölkəsi ” adlandıran İrandakı fars rejiminin mollaları 40 milyon Azərbaycan Türkünə işgəncə verir və öz ana dili olan Türk dilində təhsil almalarını qadağan edir.Bəhanədi isə bu fars mollalari yalançı fətvalar çıxararaq Türk dilinin” cəhənnəm əhlini,kafirlərin dili” olduğunu idda edir.Beləliklə bu fars mollaları da peyğəmbərin sözlərinə qarşı çıxır və riyakarlıq edirlər!.Əsas amacları fars faşızminə hizmətdir və müsəlman türkləri farslaşdırça siyasətidir.

Digər bir hədis belədir, ‘Yücə ALLAH- Mənim bir ordum vardır. Ona Türk adını verdim. Onları Doğuda yerləşdirdim. Bir ulusa acığlanaramsa Türkləri o ulus üzərinə müsəllət qılaram,’ buyurur.

Beləliklə bu, Türklər üçün bütün insanlara qarşı bir üstünlükdür.Sözü gedən bu hədislərdən də bəlli olduğu kimi İslam və Peyğəbmərimiz Türkləri övür və yüksək qiymət verir.Bu da bədəvi ərəbləri çox naraha edir və “ixtidar əllərin gedər” deyə türklərə qarşı hücumlar edirdilər. Guya sözdə “islami yayırlar” deyə Türklərə qarşı hərb edmişlər.Bununla onlar, həm də İslam peyğəmbərinin sözlərinə qarşı çıxmış olmuşlar.Sözdə ” qılınc müsəlmanı” ifadəsi də sadəcə bir safsatadır və bunu farslar və ərəblər bizlərə qarşı istifadə edirlər.bilinən bir gərçək var ki, tarixdə farslar sözün əsl mənası ilə İslamı qılınç gücü ilə qəbul etmişlərdir.

Halbuki bəzi araşdırmacılara görə Türklər arasına   daha Hz Peyğəmbər dönəmində İslami qəbul edənlərdə vardı və bunun səbəbi İslamin Gök Tanrı inancına uyğun olması idi.Buna örnək olara İslam aləminin ilk şəhid  qadınının bir Türk xanimi olduğunu qeyd etməliyik.Sözü gedən şehid xanımın  öz adı ‘Pamuk’ olmuş Sümeyye adini almışdır . Ərablər tərəfındən Zandaverd’də(Türklərin yaşadığı Kəşkər bölgəsi İran dolaylarında) əsir alınan və kölə olaraq getirildiyi Məkkə’de Peyğəmbər’in əmisi Əbu Cəhil’Ə satılan Sümeyye-Pmuk, Yəmən əsilli Yasir ile evləndirildi. İslam Tarixi ilə əlaqədar həmən bütün kitablarda bu xanımın örnək imanından bəhs edilir. Əbu Cəhil’in köləsi iken  öz istəyi ilə Müəlman olan və Hz. Peyğəmbərə inanan ilk Müsəlmanlardan olan Süməyyə-Pamuk, inancı üzündən kocası- əri  Yasir ilə birlikdə ‘sahibi’ Əbu Cəhil tərəfindən işgencələrə məruz qalmışdır . İnancları islamda qərarlı olunca  da işgəncə ilə parça parça edilerek öldürülmüşdür. Bu vəhşiliyə məruz qalarkən belə imanını dilə gətirən Süməyyə, yüzillərdir müsəlmanların gözlərini yaşardan bir örnəkdir. Süməyyə, İslam’ın ilk qadın şəhidi olmuş, İslam toplumlarında büyük bir sayqıya layiq görülmüşdür.  Yasir və Süməyyə, ərəb olmadıqları üçün Məkkə’də dəstək olan əqrabaları yox idi. Bu səbəbdən də Əbu CƏhil Peyğəmbərimizə və inananlara gözdağı vermək üçün onlara işgəncə etmekden çekinmədi. Onlar da eynən Habeşli Bilal (Hz. Peygamber’in Müezzini) kimi inançlarından dolayı əza ve cəfa görmüşdür. Bilal’dan bir fərqlə ki onlar sonun da ailəcək şəhid edilmişlərdi.(35)

Türk yurdu olan Buxaranın İslamlaşmasından da bəhs edərkən açıq aydın görünür ki TürKlər İslamı öz iradələri ilə din olaraq qəbul etmişlərdir.Bu mövzuyla əlaqədar prof.dr Hasan Kurt bele qeyd edir:

“Bir ticarət şəhəri olması və İpək Yolu üzərinde olması səbəbi ilə, Buxara xalqı İslam dünyası ilə əlaqə içindəydi. Ticari məqsədlərlə İslam bəldələrinə yolu düşən Buxaralılar, Müsəlmanları və İslam dinini tanıma fürsətinə sahib idilər. Bu fürsəti dəyərləndirən kimi Buxaralılar, İslam’ı öyrənib din olaraq qəbul etdi. Beləcə Buxara’da İslam dininin tanınması ilk olaraq bu kimsələr aracılığ ilə  gərçəkləşmiş oldu.(36)

Beləliklə ” qılınc müsəlmanı” ifadəsi türklərin savaşçı ruhalarına trəsdir və bunu istifadə edənlər Türk millətinə qarşı qərəzli siyasət yeridənlərdir.

İslam dini Türklər tərəfindən qəbul  edildikdən sonra Türklər İslamla yüksəlmiş və Allahın dinin bayraqdarı,oncüsu və dünyada sahibi olmuşlardır.Türklərin xizməti ilə İslam evrənsəl bir din olaraq dünyada yayılmışdır. İslam türklərin milli dini olmuşdur.Heç sübəsiz gərçək islami yayan Türklərə qarşı bəzi  cahil ərəblər və farsların  düşmanlıq bəsləmələri bu səbəbdəndir. Türklər İslamı qəbul etdikdən sonra dini elimlər başda olmaq üzərə müxtəlif dünyəvi elm sahələrində(tibb,məntiq,astanomiya,riyaziyyat və.s),təfəkkür və fəlsəfi mövzularda  dünya səviyyəsində layıqli şöhrət əldə etmişlər elm adamları və mütəfəkkirlər yetişdirmişlərdir(37)Beləliklə dünya tarixində özünə böyük yer edən Türk İslam mədəniyyətini ortaya qoymuşlardır.

İstifadə edilən mənbələr:

  1. Necdet Özkaya, “Türkler Neden Müslüman Oldular?”,Türklük ve İslamiyet, Adana 1996, s. 26-          29; Tümer-Küçük, s. 80-85

27..Bkz. Turgut Akpınar, Türk Tarihinde İslamiyet, İstanbul 1999, s.44-48.

28. Bu konuda geniş bilgi için bk Ramazan Şeşen ,”Eski Araplara göre Türkler”,Türkiyat Mecmuası XV (İstanbul 1969),s 15-29;Zekeriya Kitapçı,Hz

Peygamberin Hadislərində Türk varlığı Selçuklular,Moğollar,Osmanlılar İstanbul ts.

  1.  Ebû Davûd, Sünen (nşr. Muhammed Muhyiddin Abdülhamid), Kahire 1956, IV, 159, Krş. Şeşen, “Türklerin İslâmlaşması…”, s. 192; aynı müellif, “Eski Araplara Göre Türkler”, Türkiyât Mecmuası XV (İstanbul 1969), s. 18.; Kitapçı, age. S. 102-103.

30 .  Buhârî, el-Camiu’s-Sahih, Mekke 1376, IV, 34-35, 156, aynı eser, Bulak 1311, IV, 43, 144, 196-197; Müslim, el-Camiu’s-Sahih, İstanbul 1332, VIII, 184; Ebû Davûd, age., IV, 160; Krş. Şeşen, age., s. 193-194; Kitapçı, age., s. 87.

  1. .el Cahız, Hilafet Ordusunun Menkıbeleri, çev. R.Şeşen)
  2. Prof. Dr. Zekeriya Kitapçı, Mukaddes Çevreler ve Eski Hilafet Ülkelerinde Türk Hatunları,
  3. Bu konuda geniş bilgi için bk. Kitapçı, Hz. Peygamber’in Hadislerinde Türk Varlığı, İstanbul ts.; Ramazan Şeşen, “Eski Araplara Göre Türkler”, Türkiyât Mecmûası, XV, (İstanbul 1969), s. 15-29
  4.  Kaşgarlı Mahmud “Divanü Lügat’it-Türk “
  5. Belâzuri’nin Sümeyye’nin macera dolu yaşamını ayrıntılı anlattığından bahisle konuyu Prof. Muhammed Hamidullah’tan naklen aktaran; Bkz. Prof. Dr. Zekeriya Kitapçı, Türkler Nasıl Müslüman Oldu, s.10,11, Yedi Kubbe Yayınları, 2004, Konya.

36.Hasan Kurt, İslamlaşma Süreci, Ankara 1998, s. 229-230.

37.istanbul 1996-1997 Aydın Sayılı , Orta çağ Bilim və TefekküründeTürklerin Yeri ,Ankara           1985,Yusuf Ziya Kavakçı,XI . ve XII. Asırlarda Karahanlılar Devrinde Mavar al-Nahr İslam Hukukçuları Ankara 1976-1977

 

 Xüsusi təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə sayqılarımla.

Aynur Talıblı
Tarix və Mədəniyyət Araşdırmaçısı 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here