Bizimsesimiz.info // Yer kürəsində 1 ildə yetişdirilən bütün bitkilər və heyvan mənşəli qida məhsulları sabahdan (2 avqust) etibarən tükənəcək.

Dünyanın 1 ildə “yeniləyə bildiyi” miqdardakı qida mənbəyi tamamilə tükənincə insanlar “kredit”lə yaşamağa davam edəcəklər.

Əvvəlki illərdə oktyabr ayında  yaşanan, lakin getdikcə daka erkən meydana gəlməyə başlayan bu hadisə səbəbindən qida mənbələri artıq davamlı şəkildə yoxa çıxır.

Yer kürəsində 1 ildə istehlak olunan mənbələr 1970-ci illərdən bəri hər il daha da erkən tükənir.

Hər il bu prosesi təqib edən Gobal Footprint Network adlı qeyri-hökumət təşkilatı vəziyyətin çox çiddi olduğu barədə xəbərdarlıq edir.

Bu il  Yer kürəsinin təbii mənbələrindən 1,7 dəfə çox istehlakın olacağını açıqlayan Gobal Footprint Network bu şəkildə davam etdiyi təqdirdə, 2050-ci ildə bəşəriyyətin yaşamaq üçün “2 dünya” ya ehtiyac olacağını bildirir.

Yer Kürəsinin təbii qaynaqları 1970-ci ildə 23 dekabrda, 1990-cı ildə 13 oktyabrda, 2000-ci ildə 4 oktyabrda, 2010-cu ildə isə 28 avqustda istehlak olunmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here