İmadəddin Səlim, Qarabağ Qazisi

Qayıda bilərikmi?

İçimizdəki Səhl – Sumbatlar olmasa, qayıdarıq!

Anam Azərbaycan! Yurdum Zəngəzur, Elim Qubadlım! Zaman – zaman ər igidlər böyüdüb tarixə düşdün. Tarixin arxivinə, arxivin tarixinə çevrildin.

Müharibə başladı. Kişilər gedib qayıtmadı. Qayıdanları əlil, şil, bir də ki, əsəb xəstəliyinə tutulmuş kişilər…

Vətənimiz Azərbaycanın bütövlüyü uğrunda, yaddaşlara həkk olub, torpağa dönmüş neçə – neçə igid oğulların şəhid oldu. Çoxlarının yadigarı, bir çoxları yadigar qaldı.

Sinənə dağ çəkildi.  Düşmən tapdağında ah nalən ərşə dirəndi:

“Azərbaycan, mənim öksüz anam oy!…” – hayqıran Arazımızın səsi-sədası dünyanı bürüdü.

Dünyanın dirçəldiyi vaxtda, dünyamız tarimar oldu.

Qayıdaq! Qayıdaq öz dünyamıza, qayıdaq Qarabağa, qayıdaq dilimizə, dinimizə, özümüzə qayıdaq.

Qayıdaq gedək öz evimizə, vətənimizə.

Qayıda bilərikmi? Qayıda bilərik. İçimizdəki Səhl Sumbatlar olmasa, qayıda bilərik.

Deyirlər bir nal bir atı, bir at bir igidi, bir igid bir eli saxlayar. İçim – çölüm qan ağlayır, yoxdu o igidlər. Kişilər də cılızlaşıb. “Vətən” – deyəndə öz dərinliyini düşünür.

Mənsizliyini, mənəviyyatsızlığını üzə çıxarır.

“Azərbaycan !” – hayqırıb “Vətən” – deyən yoxdu qardaş.

Özü də yalnız bu Quzey Azərbaycanımıdır Vətən?!

Yox qardaş!

Borçalıdan Zəngəzura

Zəngəzurdan Dərbəndəcən,

Vətəndi qardaş, Vətən!

Vətəndir – Xürrəmidən Kərkükə qədər,

Kərkükdən Qəzvinə Vətəndir, Vətən!

Qarabağ, Marağa, Zəncan Vətəndir,

Vətəndir Lənkəran, Göyçə vətəndir.

Göyçə göl, Urmiya Vətəndi Xəzər.

Şəkili, Bakılı vətəndir, vətən.

Arazım ayıram, Kürüm doyuran,

Turanım səsləyən, Tanrım buyuran

Bütün Türk dünyası Vətəndir, Vətən!

www.bizimsesimiz.info 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here