Bizimsesimiz.info // Artıq təminatlı yaşayışa ümidi azalanlar arzularını başqa ölkələrdə reqllaşdırmaq istəyirlər. AZƏRBAYCANda super yaşayışa ümidləri olmayanların səbəblərindən əvvəl bu səbəbləri doğuran faktorlar var. Hansı faktorlardır onlar? 1-ci inamsızlıq. İnamın əsasını məlum 6 şərtə bağlanan iman tutmalıdır. Bu olmadıqda və ya tam olmadıqda insan hər şeyə şüphə ilə baxır heç nəyə, heç kimə inanmır. Yalnız gördüyü və toxunduğu şeyləri qəbul edir, inanır. Belə adamlara “sən, mən hər şeyi düzəldə bilərik” kimi deyilən sözlərə nağıl kimi baxır və nəyinsə düzələcəyinə inanmır. Çünki o dini baxımdan cahildir, Allahla arasında olan sədd böyükdür. Belələri Qurana da inanmır, Peyğəmbər(a.s.)lərə də, Qiyamətə də, Qismətə də. Bu kimi insanlarla Nuh (a.s.) bacarmadısa demək heç bir sağlam düşüncə sahibi də bacara bilməyəcək. Bu cür insanlar, istər gənc istərsə də yaşlı neəsil olsun Vətəni çətin anda atıb gedirlərsə, demək savaş zamanı düşmənin qabağından da qaçan bunlar olacaq. Diqqət, söhbət imanı zəif olanlardan gedir. İmanlı insanlarımız hər hansı iş təklifi ilə əlaqədar gediblər və qayıdıb gələcəklər. Nə isə bir şey olmuş olsa hər şeyi atıb vətənə köməyə də gələcəkələr, bunu əminliklə deyirəm. Lakin imandan kasad olanlar, getməkləri bir yana dursun ölkəmizin, dövlətimizin əleyhinə, dũşmənlərimizin dəyirmanını çalışdıracaq şəkildə hərəkətə keçirlər. Lakin bu binəvalara çatmır ki, istər iqtidarda və ya müxalifət cərgəsində, istər imkanlı-imkansız təbəqələr arasında, istərsə də fərqli məzhəb mənsubları nümayəndələrində olsun fərq etməz, Milli Görüşün ortaq fikirləri, ortaq nöqtələri, ortaq baxış bucaqları, bir sözlə ortaq Görüşleri vardır. Bunu imanlı və yüksək əxlaqa sahib olan zümrə gözəl bilir ki, hər zaman bir çıxış yolu var. Sadəcə tapılması üçün yollar aranmalı, şüur hərəkətə gətirilməlidir. Hər bir inkişaf etmiş cəmiyyət əsil inqilabı şüurlarda edir və bu yolla inkişafın yüksək mərhələlərinə yetişir. Sosial gərginlik, sabitliyin pozulması, cəmiyyət daxilində hər hansı radikal addım o xalqı yalnız geriyə aparır, qlobal sindikatların qurduğu ağlara (torlara) daha sıx dolaşdırır. Millət olaraq sadədən başlasaq hər kəs ümumi evinin-ölkəsinin əmin-amanlığını, rifahını istəyir. Bunun üçün güclü iqtisadiyyat və güclü dövlət lazımdır. Bu ən bəsiti və ən çox görüşüləsi məsələdir ki, ora aparan yolda da xeyli ortaq məxrəclər vardır. Mən Milli Görüş Hərkatının heç bir iqtidara və ya müxalifət cəbhəsinə aid olmadan cəmiyyətdə, ilk öncə milli şüurda inqilabi dəyişikliklər edəcəyinə inanıram və ən çətin vəziyyətimizdə olsa belə xalqımızdan, dövlətçiliyimizdən ayrılmayacağımıza qərar verirəm. Milli Görüş ideyalı insanların olduğu cəmiyyət heç vaxt tənəzzülə getməz! // Elşən Şeyxzadə, Bizim Səsimiz qəzeti Məsləhət Şurasının üzvü

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here