Bizimsesimiz.info // 2017-ci ilin birinci yarısında dünyada ən çox satılan smartfonların siyahısında “Iphone 7” birinci yeri tutub. “Iphone 7 Plus” isə bu siyahıda ikinci olub.

“Report” bu barədə “Vesti.ru” saytına istinadən xəbər verir.

“Samsung”un “Galaxy Grand Prime Plus” modeli bu reytinqdə III, 2015-ci ilin buraxılışı olan “Iphone 6S” IV və “Samsung S8” V yerdə qərarlaşıb.

Bundan əvvəl də birinci yer “Apple” şirkətinə məxsus olub. “Iphone 6” və “Iphone 6S” smartfonları 2015-2016-ci illərin birinci yarısında ən çox satılan modellər olub. Buna baxmayaraq, onların bazar payı əvvəl 10%-dən 7%-ə, daha sonra isə 5%-ə düşüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here