Bizimsesimiz.info

XÜLASƏ

Məqalədə perpesktivli layihə maliyyələşdirmə vasitəsi kimi İslam bankçılığı məhsulları nəzərdən keçirilir və onların qısa təsnifatı verilir. Bazar iqtisadiyyatı şəraitində layihələrin maliyyələşdirilməsində İslam bankçılığı məhsullarının səmərəli maliyyələşdirmə vasitəsi olduğu qeyd olunur. Həmçinin də layihələrin maliyyələşdirilməsinin ilkin idarəetmə strukturu təqdim edilir. Dövlət və biznes layihələrinin maliyyələşdirilməsində bu növ məhsulların daha ucuz və səmərəli maliyyələşdirmə mənbələri kimi istifadə zəruriliyi qeyd edilir.

Açar sözlər: İslam bankçılığı, əmək-sərmayə ortaqlığı, ənənəvi bankçılıq, biznes layihələri, layihələrin maliyyələşdirilməsi

İslam bankçılığı [1] dedikdə nominal əməliyyatlar üzərindən mənfəət ya da zərər təmin etməyən, amma real iqtisadi fəaliyyətləri (ticarətə və istehsal fəaliyyəti) maliyyələşdirən, bu fəaliyyətləri gerçəkləşdirən və bu fəaliyyətlər nəticəsində əldə olunan mənfəəti / zərəri müştəriləri ilə paylaşan qurumlar nəzərdə tutulur.

İslam bankçılığı mənfəət və zərərin bölüşdürülməsi əsasında işlədiyinə görə yatırımların müddətləri də fərqli olmalıdır. Xüsusuilə mənfəət və zərərə əsaslanan investisiya layihələrin analizində, firmaların kredit ehtiyaclarının təsbitində mühüm əhəmiyyət kəsb edir. Həm də bu zaman layihənin rentabelliyinə baxılaraq fond təsis edilməlidir. Klassik banklardan fərqli olaraq bu növ bankçılıq sadəcə müştərinin mal ehtiyatlarına, ödəmə qabiliyyətinə deyil həmçinin təqdim etdiyi layihəyə görə fond (investisiya) təmin etmək klassik bankçılıq nöqteyi nəzərdən daha mürəkkəb və risklidir.

İslam bankçılığı öz fəaliyyətini həyata keçirərkən aşağıdakı maliyyələşdirmə üsullarından istifadə edir. Bu maliyyə üsulları həm də investisiya layihələrinin maliyyələşdirilməsində səmərəlidir.

Mudaraba (profit sharing agreement). Bir şəxsin müəyyən miqdar sərmayəni digər bir şəxsə ticarət məqsədilə verərək əldə ediləcək gəlirin aralarında razılaşdığı kimi bölüşdürülməsi və bu zaman meydana çıxacaq zərərə isə sərmayə sahibinin məruz qalmasına əsaslanan ortaqlıq növünə “mudaraba” deyilir. Başqa bir sözlə mudaraba; sərmayə bir tərəfdən olmaq şərti ilə qurulan “əmək-sərmayə ortaqlığı”ndan ibarətdir. Mudarabada gəlirin bölgüsü müddətin sonunda xərclər və borclar çıxıldıqdan sonra ilkin borcun (sərmayənin) məbləği müəyyən edilir. Gəlir olaraq qalan məbləğ debitor ilə kreditor və ya kreditorlar arasında razılaşmaya əsasən bölünür. Gəlir əvvəlcədən müəyyən edilməmiş olarsa və sadəcə tərəflər arasında ortaq olduğu qeyd edilərsə, bölgü tən yarıya bölünür. İslamda gəlirin bölgüsü dərəcəsi sərbəst buraxılmışdır. Bunun miqdarını təyin etmə, layihənin həcmi, gəlirlilik vəziyyəti və ticari vərdişlər nəzərə alınaraq müəyyən edilir. Lakin rəqabət güclü olduqca gəlirlərin bərabər bölgüsü meyli də artır.

Müşərəkə (Partnership financing, joint venture financing). Mudarabada bir tərəfdə işə qarışmayanın passiv sərmayəçi, digər yandan əməyini ortaya qoyan aktiv bir təşəbbüskar (yəni əmək sahibi) olduğu halda, Müşərəkədə həm sərmayə, həm də əməyin aktiv olaraq ortaya qoyulduğu aktiv bir ortaqlıqdır. Tərəflər edəcəyi razılaşmada digərinin çalışmasına mane olacaq hər hansı bir şərt ola bilməz. Mudarabada maliyyə zərəri sərmayəçiyə (rəbbul-mal) aid olmaqla yanaşı, müşərəkə sərmayə nisbətlərinə görə bölünür. Müşərəkə kapital maliyyələşdirməsi (equity financing) üsuludur. Bank və müştəri arasında partnyorluq razılaşması olan müşərəkə üsulunda kapital gəlir və zərər razılaşdırılan şərtlərə uyğun bölünür.


Sukuk. (İslami Maliyyə Bonu) ərəbcə “sak” kökündən əmələ gəlib. Sak kəlmə olaraq sertifikat və ya qiymətli kağız mənasını verir. İslami maliyyə bonları olan Saklar üçün isə Sukuk terminindən istifadə edilir. Sukuk geniş olaraq İslami prinsiplərə uyğun faizsiz borc sənədidir. Başqa ifadə ilə desək sukuk bir şeyə sahib olmağı və ya ondan yararlanma haqqını göstərir. Sukukda yer alan haqq iddia nəğd vəsait haqqını deyil, eyni zamanda mülküyyət haqqıdır. Bu xüsusiyyət sukuku ənənəvi bonlardan fərləndirən cəhətdir. Ənənəvi bonlar faizə əsaslanırsa, sukuk investisiya sertifikatlarıdır. Sukukların investisiya qiymətli kağızları olması həm də onun biznes layihələrinin maliyyələşdirilməsində istifadə imkanını artırır. Xüsusilə həm biznes layihələrinin maliyyə təminatında, həm məqsədli dövlət layihələrinin maliyyələşdirilməsində xüsusi ilə əhəmiyyətli rol oynayır.

İslam bankçılığı kağız pul çap edilməklə qurulan “pul çapı imperatorluğu” yerinə real sektoru dəstəkləyən “layihə maliyyələşdirilməsi” üsulunu alternativ model olaraq təqdim edir. Bu yeni üsulda isə istehsal və ticarət sektorunu mudaraba üsulu ilə maliyyələşdirərkən, onun müddətli satışını murabaha üsulu ilə maliyyələşdirir.

Layihələrin maliyyələşdirilməsi istiqamətində İslam bankçılığı məhsullarının iştirakı aşağıdakı istiqamətlərdə ola bilər.

Layihələrin tərtibini stimullaşdırmaq və texniki dəstəyin verilməsi
Layihələr üzrə aşkar edilən risklərin idarə edilməsi
Tərtib edilən layihələrin maliyyə təhlili və səmərəliliyinin qiymətləndirilməsi
Layihələrin yerinə yetirilməsinin monitorinqinin aparılması

Rofessor Uilyam Salmanın [2] fikrincə biznes layihələri tərtib edilərkən 4 əhəmiyyətli faktoru ehtiva edən təməl üzərində qurulmalıdır.

● İnsanlar.
● Fürsət (Biznesin istiqaməti).
● Mövcud şərait
● Risk və mənfəət.

Layihələrin maliyyələşdirilməsində insan faktoru riskinin dərindən təhlil edilməsi layihənin yüksək mənfəətlə yekunlaşması nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu zaman insan faktoru riskini qiymətləndirərkən layihənin iştirakçısı olan insanın menecerlik qabiliyyəti, təcrübəsi, şəxsi keyfiyyətləri və s. amilləri nəzərə alması mühüm şərt hesab edilməlidir.

Biznesin istiqaməti amilində isə bank aşağıdakı suallara cavab tapması layihənin mənfəət qazanması üçün mühüm amil hesab olunmalıdır.

Nəticə olaraq layihələrin maliyyələşdirilməsində İslam bankçılığı məhsullarının iştirakı isiqamətinə aşağıdakılar daxildir.

Biznes layihələrinin tərtib edilməsini stimullaşdırması
Dövlət və sahibkarlıq layihələrinin maliyyələşdirilməsinə kömək edəcək.
İnfrastruktur layihələrinin
Start up layihələrin maliyyələşdirilməsində faydalı üsullardan biridir.
Sahibkarların həm mühasibat, həm vergi, həm audit, həm də digər biznes sənədlərinin doğru və sistemli şəkildə tərtib edilməsinə təşviq edəcək
Bank işçilərinin layihələrin analizi sahəsində biliklərinin artırılmasına dəstəyi olacaq
Bankın layihənin tərtib edilməsi, analizi və layihənin reallaşması prosesində birbaşa sahibkar ilə birlikdə fəaliyyət göstərməsi faydalılığı artıracaqdır.

● biznesin sektor cəhətdən təhlili,
● hansı mal (və ya xidmətlərin) satılacağı,
● kimə satılacağı,
● biznesin inkişaf imkanları və rentabelliyi ,
● faktiki kapital resursları hansı səviyyədədir
● layihə üçün faktiki maneələr

Mövcud şərait zamanı isə layihələrə makro səviyyədə baxış bucağı nəzərdən keçirilməlidir. Buraya ölkədə qanunvericilik bazası, institsional bazanın mövcudluğu, inflyasiya və.s daxildir.

Risk və mənfəət nöqteyi nəzərdən layihələrin maliyyələşdirilməsi zamanı layihənin uğurlu olub-olmaması, mənfəət marjası, mövcud risklərin idarə edilməsi mexanizmi və həmçinin layihə iştirakçısı olanların (bankın və sahibkarın) birlikdə komanda şəklində işləməsi kimi mövcud amillər nəzərə alınmalıdır.

İnvestisiyalar ayrıldıqdan sonra da layihənin yaxından təqib edilməsi və lazım olduğunda müəyyən tədbirlərin görülməsi də lazımdır. Bu banklarda çalışanların isə həm də hərtərəfli biliklərə və təcrübəyə sahib olmaları lazımdır. Müştərilərə vəsait nəğd formada verilmədiyi üçün bu müştərini bankdan vəsait alması üçün real bir iqtisadi fəaliyyətə yönəlməsini stimullaşdırır.

Xüsusilə kiçik sahibkarlıq subyektlərinə mikrokreditlər formasında layihələrin maliyyələşdirilməsi mexanizmi vasitəsilə investisiyaların ayrılması faydalı ola bilər.

Nəticə olaraq layihələrin maliyyələşdirilməsində İslam bankçılığı məhsullarının iştirakı isiqamətinə aşağıdakılar daxildir.

● Biznes layihələrinin tərtib edilməsini stimullaşdırması
● Dövlət və sahibkarlıq layihələrinin maliyyələşdirilməsinə kömək edəcək.
● İnfrastruktur layihələrinin
● Start up layihələrin maliyyələşdirilməsində faydalı üsullardan biridir.
● Sahibkarların həm mühasibat, həm vergi, həm audit, həm də digər biznes sənədlərinin doğru və sistemli şəkildə tərtib edilməsinə təşviq edəcək
● Bank işçilərinin layihələrin analizi sahəsində biliklərinin artırılmasına dəstəyi olacaq
● Bankın layihənin tərtib edilməsi, analizi və layihənin reallaşması prosesində birbaşa sahibkar ilə birlikdə fəaliyyət göstərməsi faydalılığı artıracaqdır.

Ədəbiyyat siyahısı

1. Layihələrin maliyyələşdirilməsi. Azərbaycan Bank Tədris Mərkəzinin materialı, Rauf Ağayev, 2006
2. Biznes planlarının hazırlanması. “20 dəqiqəlik menecer” seriyasından (ingilis dilindən tərcümə). Teas Press nəşriyyatı, Bakı 2014, Tərcüməçi Sadıq Məmmədov
3. İslam bankacılığı: felsefesi, teorisi ve Türkiye uygulaması. Hüseyn Tunç, Nesil, İstanbul, 8.baskı, 2010
4. Faizsiz Bankacılık ve Kalkınma. Dr. Cihangir Akın. İstanbul-1986.
5. İslami Ölçülerle Ticaret Rehberi. 100 soru-100 cevap. Prof.Dr. Hamdi Döndüren. İstanbul-2004
6. İslamic financial services. Mohammed Obaidullah, İslamic Economic Research Center, Jeddah, Saudi Arabia, 2005
7. İslamic Banking-An Alternative System. Kristianstad University College. December 2004
8. http://www.riskcenter.com.tr/kredirisk/kredifiles/TS/sukuk.pdf

[1] İslam bankçılığı həm alternativ bankçılıq və həm də faizsiz bankçılıq adı ilə tanınır. Klassik bankçılıq isə adətən ənənəvi bankçılıq adı ilə iqtisadi ədəbiyyatlarda işlədilir.
[2] Harvard Biznes Məktəbinin Sahibkarlıq müəssisələri üzrə eksperti

Məqalənin müəllifi: Samir Aghaev ( PhD student of UNEC )

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here