Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 12-ci hissəsi

( əvvəli ötən sayımızda )

Yəhudilər Məsihin gəlib müqəddəs torpaqları tamamilə ələ keçirəcəyinə və yəhudilərin dünya hakimiyyətini tamam quracağına əsrlər boyunca inanmaqdadırlar. 1948-ci ildə İsrail dövlətinin qurulması yəhudilərə görə “Məsihin ayaq səsləri” olaraq dəyərləndirilməsi bu inancın necə əhəmiyyətli olduğunu göstərməkdədir. Yəhudilər bu batil inanışlara sıx-sıx bağlıdırlar. Yəhudi liderlər dəfələrlə müqəddəs torpaqlardan söhbət açmlş, əsl hədəflərinin bu torpaqları ələ keçirmək olduğunu bildiriblər.

Sionizmin nəzəriyyəçilərindən Teodor Herzl belə deyir: ” – Şimal sərhədlərimiz Kappadokiyadakı (Mərkəzi Anadolu) dağlara qədər uzanır. Cənubda da Süveyş kanalına. Şüarımız Davud və Süleymanın Fələstini olacaqdır”.

İsrail dövlətinin qurucusu David Ben-Qurion 1948-ci ildə bənzər şeyləri söyləyir: ” – Fələstinin bugünkü xəritəsi ingilis manda hökuməti tərəfindən çəkilmişdir. Yəhudi xalqının, gənclərimizin və orta yaşlılarımızın yerinə yetirməsi lazım olan başqa bir xəritəsi vardır. Bu xəritə Nildən Fərata qədərdir”.

Göründüyü kimi, Türkiyənin də bir hissəsini içinə alan müqəddəs torpaqları ələ keçirmək, yəhudilərin bu gün önəm verdikləri müqəddəs məqsədlərindən biridir. İsrail ordusu bu məqsəd üçün savaşır.

Fanatik haxamlar Tövratı dəyişdirdikləri zaman digər bütün millətlərə qarşı kin, nifrət və intiqam hisslərini də yəhudi dininə soxublar. Bu kinə dayanaraq azğın ideologiya tarix boyunca saysız soyqırım və vəhşiliyə səbəb olmuşdur. Təhrif edilmiş Tövratda keçən bu ifadələr bunun açıq-aydın dəlilləridir:
“Mən sənə miras olaraq millətləri, mülk olaraq isə yer üzünün hər tərəfini də verəcəm. Onları dəmir çomaqla qıracaqsan. Bir dulusçu qabı kimi onları parçalayacaqsan”.
“Və tanrın olan Rəbbinin sənə təslim etdirdiyi bütün qövmləri yox edəcəksən. Gözün onlara acımayacaq”.

Daha çox misallar çəkməyə ehtiyac görmürəm. Nəticə olaraq bunu yaxşı anlamalıyıq ki, nəfsinə uyan və azğın təlimlərə inanan insanların bütün dünyaya sahib olma hərislikləri, arzuları əsrlərdən bəri mövcuddur və zamanla bir inanc halını alması bu bilgilərdən açıq şəkildə görünməkdədir. Yəni, dünyaya sahib olmaq onların dini halına gəlmişdir. Tarixin dərinliklərindən qopub gələn bu fəaliyyət iki min il ərzində inkişaf edərək bugünkü vəziyyətə gəlimişdir.
İki min il öncə nəfslərinə əsir düşüb şeytana uyaraq əvvəlcə Cənabi Haqqın Musa Əleyhissalama nazil etdiyi haqq kitab Tövratı, sonra İsa Əleyhissalama nazil etdiyi haqq kitab İncili keflərinə görə dəyişdirənlər o gündən bəri atadan-oğula və nəsildən-nəsilə öz ali irq fikirlərini və bunun əsas qayəsi olan dünya hakimiyyətini gerçəkləşdirə bilmək üçün bu iki min illik müddətdə böyük irəliləyişə nail olublar. Xüsusilə, son 4 əsrdə Amerika, Asiya və Afrikanın sərvətlərini istismar etməyə başladılar. Faizin yayılması və kapitalizm quruluşunun inkişaf etdirilməsi yoluyla çox böyük pullar əldə etdilər. Zamanla, bunlar böyük banklara çevrildilər. Və bütün dünya iqtisadiyyatını nəzarətləri altına almağa başladılar.

Astronomik dərəcədə zənginləşən bu şəxslər təkcə iqtisadi həyatı deyil, vaxt ötdükcə bütün dünya ölkələrinin siyasi hakimiyyətlərini də nəzarətləri altına almağa başladılar. Mediaya və ən böyük dünya xəbər agentliklərinə, strateji araşdırma instititutlarına eyni şəkildə nəzarət etməyə başladılar. Nəhayət, yavaş-yavaş bütün dünyanı idarə edən gizli dünya dövlətini qurdular. Bu Gizli Dünya Dövləti vasitəsilə bu gün bütün dünyanı idarə edəcək səviyyəyə gəldilər.

***

Sionist ideallar istiqamətində yaşıl bir kağız olan dolları beynəlxalq pula çevirib istədikləri qədər pul çap etməklə əldə etdikləri astronomik zənginlikləri daha da artırdılar. Gizli Dünya Dövlətinin nə olduğunu anlamaq üçün bu gün dünyanın ortaq pulu halına gətirilən amerikan dollarını tədqiq etməyimiz belə yetərlidir.
ABŞ dollarının üstündə 1933-cü ildə Ruzvelt tərəfindən ehram şəkli, yəni Misir piramidası yerləşdirilmişdir. Bu ehram sionist güclərin dünyanı necə idarə etdiyini göstərən xarakterik bir sxemdir. Yuxarıda da qeyd edildiyi kimi, sionizm “ali irq” prinsipini əsas almış və bütün dünyaya sahib olmağı əsas qayə olaraq mənimsəməkdədir. Bunun həyata keçməsi üçün də sionizmin fundamental kitabı olan Kabbala dünya hakimiyyətində əsas baza seçilmişdir. Kabbalanın isə 3 önəmli qaydası vardır. Bunlar gizlilik, itaət və haxamların qoyduqları qaydalara tam bağlı olmaqdır.

Kölələşdirmək və istismar etmək istədikləri insanlar onların hiylə və fırıldaqlarından xəbərdar olarlarsa böyük rezonans doğuracağı üçün, gizlilik qaydası əsas qayda olaraq qəbul olunmuşdur. Bunun nəticəsi olaraq da istər kitablarında, istər danışıqlarında, istərsə də münasibətlərində fikirlərini, hədəf və metodlarını açıq şəkildə deyil, simvollarla və mənalarını özləri bildikləri rəmzlərlə çatdırıblar. Bu simvol və rəmzlərin mənalarını ancaq dərəcə-dərəcə yüksələrək, sınaqdan keçirilərək ən ali dərəcəyə çatmış kəslərin bilmələri mümkündür. Bu simvolik fəaliyyət qaydasının bir nəticəsi kimi, dollardakı ehramın üzərində “Annuit Coeptis” sözü yazılmışdır. Bunun mənası “qələbə çalındı” deməkdir. Gizli Dünya Dövləti yaşıl kağız olan dolları dünyanın ortaq pulu edib və piramidasını bu pulun üstünə qoymaqla özünün böyük qələbə çaldığını hesab edir. Piramidanın altındakı “Novus Ordo Seclorum” sözünün mənası isə “yeni dünya nizamı” deməkdir. Yəni, sionizmin hakim olduğu dünya nizamının qurulduğu elan edilməkdədir.

Yeni dünya nizamının şüarı sion ustadlarından Adam Veispaut tərəfindən 1776-cı il may ayının birində illuminati lojası qurulduğu vaxt bu lojanın emblemi olaraq qəbul edilmişdir. Piramidanın aşağı hissəsinə latın hərfləriylə yazılmış 1776 tarixi bilməyənlərin zənn etdikləri kimi ABŞ-ın müstəqillik qazandığı il münasibətilə deyildir. İlk ustadlar lojasının 1 may 1776-cı ildə qurulduğu üçün buraya yazılmışdır.
Bu piramidanın ən aşağısındakı birinci pillə bütün bəşəriyyəti ifadə edir. Beləcə, bu piramida sionizmin bütün bəşəriyyəti, yəni yer üzündəki 6 milyard insanı necə idarə etdiyini bildirməkdədir. Bəşəriyyəti idarə etmək üçün qurulan sistem ən yuxarıdakı idarəçilərin arzularının həyata keçməsi, plan və proqramlarının icra oluna bilməsi üçün belə bir piramida sistemi təsis edilmişdir.
Ən aşağıdakı bəşəriyyət pilləsi də daxil olmaqla piramidanın bütün pillələrinin sayı on üçdür. 13 rəqəmi sionizmdə, xristianlığın əksinə uğurlu sayılır.

Bu dünya təşkilatı inanc etibarilə sionizmə söykənir. Sionizmin fundamental prinsipləri isə daha əvvəl qeyd etdiyimiz kimi, təhrif edilmiş Tövrata və Kabbalaya əsaslanır. Bir daha qeyd edək ki, bu sistemin ən böyük xüsusiyyəti gizlilik və itaətdir. Bu səbəbdən hər kəs yalnız ona verilən əmrləri yerinə yetirir. Təşkil olunan “hüceyrə sistemi” sayəsində, hər bir üzv ancaq öz dərəcəsindəki bir təşkilatla əlaqədə ola bilər. Sistemi bütünlüklə, bütün sirləriylə bilənlər isə yalnız ən yüksək pillədəki kabbalist haxamlardır.

Piramidanın ən yuxarısındakı üçbucaq içindəki göz mason tanrısının gözüdür. Bu simvol son qayəni təmsil edir. Bu göz “Cənabi Haqq hər şeyi görür” həqiqətinin qarşısında “bizim tanrımız da hər şeyi görür və hətta daha yaxşı görür” iddiasını təmsil etməkdədir. Çəpəki baxmaqdadır və çəpgözdür. Masonlar bir-biriləriylə tanış olmaq üçün bu parolu işlədirlər. Qarşılaşaşdıqları vaxt əl sıxarkən sağ əllərinin baş barmağını digərinin əlinə xüsusi şəkildə yapısdırır və gözlərini də çəpəki tutaraq aşağıya baxırlar. Sionizm inancına görə, şeytan Cənmətdən qovulduqdan sonra indi yer üzündə bəni-israilə mənsub adamlar vasitəsilə haşa Cənabi Haqqdan intiqam alacaq. Sionizmin təməlində şeytana qulluq dayanır.

Ən yüksək pillə kabbalist sirlərin hamısını bilən bir baş haxam ilə digər pillələrdə fərqlənib ən yüksək dərəcəyə çatmış iki köməkçi haxamdan ibarətdir. Bu ən yüksək pillədən aşağıda bir də görünməyən ən yüksək idarə heyəti Sanhedrin pillələri vardır. Üç kabbalist və Sanhedrin İsrail dövləti də daxil olmaqla bütün sionist quruluşların tabe olduqları haxamlar topluluğudur.

Verdiyimiz bu ətraflı məlumatlar sizə qarmaqarışıq və ağılçaşdırıcı gələ bilər. Ancaq Gizli Dünya Dövlətinin hərəkət nöqtələrini və dünyaya nüfuz etmə üsullarını qavraya bilməyimiz üçün bu strukturlaşmanı bilmək məcburiyyətindəyik ki, qarşımıza çıxan və bizi məhv etməyə çalışan bu qaranlıq və hiyləgər gücü yaxşı tanıyaq. Bunları qavraya bilmədən sionizmin iç üzünü və sistemlərini aydınlaşdıra bilmərik.

Sanhedrin üzvləri Kabbala təlimi almış haxamların arasından seçilirlər. Bu gizli idarə heyəti kadrlarının içərisində baş idarəyə nəzarət edən 70 kabbalist haxam Ümumi Nəzarət Şurası olaraq İsraildə toplanırlar. Bu ruhani şurada hansısa azalma olarsa, yerinə yeni üzvləri seçmək səlahiyyəti olan 4 haxam vardır.

Sanhedrindəki haxamlarla birlikdə işləyən Andlı Yetmişlər Qrupu vardır ki, bunlar sionizm adına bütün Gizli Dünya Dövləti strukturlaşmasını idarə etməkdədirlər. Sionizmin və GDD-in bütün pillələri bunlara itaət etməyə borcludurlar. ABŞ-da Rokfeller, İngiltərədə Rotşild, İtaliyada Aqnelli kimi ailələr Andlı Yetmişlər Qrupuna daxildirlər. Bu qrupun həmçinin Avropada və Yaponiyada da qolları vardır. Bu andlılar qrupu bütün dünya ölkələrində təşkilatlanmışdır.

Bu Gizli Dünya Dövlətini təşkil etmək məqsədilə Andlı Yetmişlər Qrupuna aid bir çox aşağı quruluşlar vardır.
Bütün bu təşkilatlanmanın məqsədi sionizmin bütün dünya üzrə mənfəətlərinə nəzarət etməkdir. Bu təşkilat həm də bugünkü Birləşmiş Millətlər Təşkilatının da beynini təşkil edir. Birləşmiş Millətlər Təşkilatının bütün kilid nöqtələrindəki üzvləri vasitəsiylə beynəlxalq qərarlara istədikləri kimi təsir edirlər. Birləşmiş Millətlər Təşkilatı gizli və dərin güclər tərəfindən elə əsas bunun üçün yaradılıbdır.

B’nai B’ritih yəni “İttifaq Övladları” masonluq və Bilderberq kimi böyük sionist təşkilatlardan biridir. B’nai B’ritih 1938-ci ildə dörd önəmli sionist strukturun taktikalarını və planlarını hazırlayan Dünya Yəhudi Qurultayını təşkil etmişdir. B’nai B’ritih özlərinə tabe olan “Aleph Zadik Aleph” adlı təşkilat vasitəsilə bütün dünyadakı 13-21 yaş qruplarındakı gənclərə sionizm düşüncəsini aşılamaq üçün fəaliyyət göstərirr.

Bilderberg Group 1954-cü ilin mayında Hollandiyanın Osterbeek şəhərindəki Bilderberq otelində toplaşan bir qrup yəhudi tərəfindən quruldu. Qrupu planlaşdırıb təşkil edən əsl qurucu İsveç farmasonluğunda böyük ustad olan yəhudi din adamı Cozef Retingerdir (1888-1960). Bu gizli qrupun maliyyəsinin böyük hissəsini təmin edən Amerikadakı Rokfeller Vəqfidir. Digər maliyyəçisi isə məşhur Banker Rotşild ailəsidir.

Bilderberq beynəlmiləl bir hökumət kimidir. Gizli hökumət mərkəzi digər yəhudi təşkilatlarında olduğu kimi İsraildədir. Bilderberqi idarə edənlər haxamlar və 33-cü dərəcə masonlar arasından seçilir. Qrupun yəhudilərdən təşkil olunmuş 25 nəfərlik idarəetmə aparatı dünya hakimiyyətini əldə etmək istiqamətindəki əmrləri haxamlardan alır. Bu əmrlər dünyanın bir çox yerində böyük nüfuza sahib üzvlər sayəsində asanlıqla yerinə yetirilir.

Bilderberq bir sıra mənbədə “Dünyanın sahibləri” kimi izah olunur. Bilderderq qrupunun keçmişiylə əlaqədar elə də çox qaynaq tapmaq mümkün deyildir. Qaynaq axtarışları nəticəsində yarandığı yer, tarix və toplantılara qatılan bəzi önəmli şəxslərin adları xaricində heç bir informasiya tapmaq mümkün deyildir. Təsis olunduğu vaxtdan bu yana Bilderberq toplantılarının hamısı mətbuata və ictimaiyyətə gizli qalmış, burada danışılanlar haqqında heç kəs məlumat sahibi olmamışdır. Bu yığıncaqlara qatılanlar burada danışılanları nə bahasına olursa-olsun, bildirməyəcəklərinə and içirlər. Məşhur bir türk siyasət adamının dediyi “Vəzifəmdən istefa etməyimi istəsələr belə, burada danışılanları heç kəsə demərəm” sözləri bu gizliliyin necə bir həssaslıqla və ciddi qorunduğunu ortaya qoyur.

Təşkilat siyasət, media, gizli təşkilatlar və iş dünyasının məşhurlarını bir arada toplayır. Hər il 3 gün toplanırlar. Toplantılar sırasında mövzular gizli qalacağına söz verilir. Görüşlərdən sonra yalnız iştirak edənlərə xüsusi bir bildiriş vərəqəsi verilir. Bu təşkilatla bağlı ən geniş məlumatı verən İspaniya Kəşfiyyat Təşkilatının yüksək səlahiyyət sahibi Luis Qonzales Matanın kitabıdır. “Dünyanın əsl sahibləri” adlı kitab 1975-ci ildə Parisdə Bernard Qrassed yayın evi tərəfindən tirajlanmışdır. Fəqət satış yerlərindən topdan satın alınıb oxucuya çatmasına imkan verilməmişdir.

Bilderberq Gizli Dünya Dövlətini qura bilmək məqsədiylə çevrillişlər təşkil etmək, dövlətlər qurmaq və ya yıxmaq kimi çox vacib rolları üzərinə götürmüşdür. İrlandiyanın Dublin şəhərində yayımlanan Newa Nation adında bir jurnal 1964 yanvar tarixli sayında Bilderberq haqqında bu məlumatları vermişdir: “Bilderberq təşkilatı dünya dövləti qurmaq üçün B’nai B’ritih təriqəti və digər gizli sionist təşkilatlarıyla çox sıx iş birliyi içərisindədir.”

Bilderberqin dünya miqyasında bütün böyük hadisələrdə təsiri vardır. Məqsədi dünya iqtisadiyyatını və siyasətini sionizmin mənfəətinə uyğun planlaşdırmaqdır. Bir çox zəngin ölkə mason liderlərin rəhbərliyi ilə başladılan sözdə “azadlıq hərəkatı” istismar olunmaqdan qurtuluş kimi təqdim olunmuşdir. Daha sonra başa keçirilən mason dövlət rəhbərləri vasitəsilə bu ölkələrin sərvətlərinin istismarı daha da artmışdır.

Sionizmin ən böyük məqsədi olan yəhudi suverenliyində birləşmiş bir dünyanın ilk pilləsi olaraq Avropa Birliyinin əsasını təşkil edən Roma sazişi də Bilderberq toplantılarında qərara alınmışdır.
Bilderberqin ən önəmli fəaliyyəti Üçtərəfli Komissiyanı (Trilateral Commission) qurmasıdır. Bu komissiya Bilderberqin uşağı kimi bilinir. Amerikalı maliyyəçi məşhur yəhudi Rokfeller Şimali Amerika, Avropa və Yaponiyanı əhatə edən xüsusi adamlardan ibarət təsirli bir iqtisadi qrupun yaradılması məsələsini ilk dəfə Bilderberq yığıncağında ortaya atmışdır.

Qrup ən mühim və güclü şəxsləri üzv olaraq seçməkdədir. Bilderberqin hər il keçirilən toplantılarında burada verilən qərarları çatdırmaq və həyata keçirmək məqsədilə mütləq yüksək səviyyəli bir NATO nümayəndəsi iştirak edir. Çünki, NATO beynəlxalq imperializmin silahlı gücüdür.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here