Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 13-cü hissəsi

( əvvəli ötən sayımızda )

Vaşinqtondakı Xarici İşlər Nazirliyi formal bir qurumdur. Amerikanın əsl Xarici İşlər Nazirliyi Gizli Dünya Dövlətinin nəzarətindəki CFR-dir. Xarici Əlaqələr Şurası adındakı bu qurum ABŞ-ın son 50 ildəki xarici işlər nazirlərinin təlim və çıxış yeri olmuşdur.

Şura bir çox tanınmış siyasi lideri, fikir adamını və sənayeçini bir araya gətirməkdədir. Qrup müntəzəm keçirillən seminarlardan və həftəlik toplantılardan əlavə yemək ziyafəti verib yəhudi dünyasının tanınmış simalarını bir araya gətirir. Bu quruluşun bütün maddi xərclərini Vol Strit bankirləri ödəyirlər. Bu çevrələrin böyük dəstəyilə qurulmasından çox qısa bir müddət sonra xarici siyasətdə təsirli rol oynamağa başlamışdır. 37 daimi üzvünün 10 nəfəri yəhudi, qalanları isə yüksək dərəcəli masondurlar.

İkinci Dünya Müharibəsində yüz minlərlə insanın ölümünə yol açan atom bombası da bu amerikan-sionist lobbisi tərəfindən planlaşdırılmışdı. Şura İkinci Dünya Savaşı sırasında yüz minlərlə insanın ölümünə səbəb olan atom bombasının istifadəsi məsələsində həlledici rolu oynadı. 1945-ci ildə bomba haqqında qərarları verən komitə CFR üzvlərindən təşkil olunmuşdu.

Amerikadakı böyük media quruluşları da bu quruma tabedir. Bu səbəbdən Amerikada İsrailin əleyhinə xəbər və yayıma rast gəlmək demək olar ki, mümkün deyildir. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sionizmin nəzarətindədir. İsrail və MOSSAD ilə sıx əlaqələr içərisində olan CIA dünyada qarışıqlıq, xaos və inqilablar yaradaraq sionst mənafelərə xidmət edir. CİA-ın demək olar ki, bütün başqanları da CFR təşkilatına üzvdürlər.

Bir-birindən müstəqil kimi görünən dünyanın ən böyük şirkət və quruluşları da bu təşkilatdan aslı olaraq fəaliyyət göstərirlər. Dünya iqtisadiyyatını sayları az olan beynəlxalq şirkətlər idarə etməkdədir. 1970-ci illərdə sionist və mason sərmayəli şirkətlərin iş adamları Amerikanın dünya iqtisadiyyatındakı hegemonluğunu təmin edə bilmək üçün Business Round Table adlı birliyə üzv olmuş və qısa müddətdə Amerikanın ən öndə gedən siyasi gücə malik şirkətlər qrupuna çevriliblər. Ölkənin 200-ə qədər ən böyük şirkətini özündə cəmləşdirib. Amerikanın bütün iş sahələrini təmsil edən bu masonik qururluş ölkənin iqtisadi və siyasi strategiyasında əhəmiyyətli yer tutur.

Amerika seçkilərində heç bir namizəd sionist lobbilərin dəstəyini almadan seçkidə qalib ola bilməz. Bunun fərqinə varan namizədlər seçki kompaniyaları boyunca İsrailin mənafeyinə uyğun vədlər verirlər. Ağ Evə seçilən prezidentə düşən iş isə onu seçdirən bu topluluğa qarşı verdiyi sözləri yerinə yetirməkdir.

Dəyirmi masaya mənsub iş adamlarının qısa müddətdə zəngin olmalarının mühüm səbəblərindən biri ölkənin ən çox qazanan, fəqət ən az vergi ödəyən şirkətlərinə malik olmalarıdır. Dünyadakı demək olar ki bütün sionist neft şirkətləri bu birliyə üzvdürlər. ABŞ Mərkəzi Bankının rəqəmləri sionist soyğunun iç üzünü anlamağıımız üçün kifayət edir. Eyni soyğun illərdir dünya ölkələrinə qarşı da aparılır.

Özəl borcar xaric, ABŞ-ın dövlət borcları 1980-ci ildə 980 milyard dollar idi. Təkcə 8 il sonra 1988-ci ilə gəldikdə 5 trilyon dollar oldu. Bu 4 trilyon dollar borc kimdən alındı? Gizli Dünya Dövləti idarəçilərindən olan Rokfeller ailəsinin banklarından. Amerika dövlətinin aldığı borclar üçün ödədiyi faiz 1989-cu ildə 500 milyard dollara çatmışdır. Bu faiz Gizli Dünya Dövlətinin kassalarına getməkdədir. Yalnız ABŞ-ın deyil, demək olar ki bütün ölkələrin mərkəzi bankları bu güclərin nəzarəti altındadır. Bu rəhmsizcəsinə olan istismar sistemi həmçinin faiz yoluyla bizim ölkəmizdə də tətbiq edilir. Çünki, 1995-ci ildə Türkiyənin xarici borcu 75 milyard dollar olduğu halda bu gün bu borc 480 milyard dollara çatmışdır. Üstəlik bu borc əyləci sıradan çıxmış bir yük maşınının yoxuşdan üzüaşağı getməsi kimi, nəzarətsiz bir şəkildə yüksəlməyə davam etməkdədir.

Qlobal güclərin dünya bankirləri tədricən özəl qurumlar olaraq Avropanın müxtəlif mərkəzi banklarını ələ keçirdilər. İngiltərə Mərkəzi Bankı, Fransa Mərkəzi Bankı, Almaniya Mərkəzi Bankı zənn edildiyinin əksinə o hökumətlərin dövlət mülkiyyəti deyildir. Dövlətin borc aldığı şəxsi inhisarlardır. Bu sistemin xidmətçilərindən İngiltərə Mərkəzi Bankının başqanı Recinald Makkenna belə deyir: “ – Pulları və kreditləri çıxaranlar və paylayanlar hökümətlərin ehtiyat tədbirlərini başqa yerə istiqamətləndirirlər və xalqların talelərini əllərində saxlayırlar”.

Bütün bu mərkəzi bankların Dünya Bankından və IMF-dən aldıqları borclar əslində Gizli Dünya Dövlətinin bankirlərindən və banklarından borc alınan və onlara faiziylə birlikdə geri ödənilən pullardır. Bu sistemdə borclu ölkələr hər il faiz yoluyla GDD-nə milyardlarla dollar ödəyirlər. Necə ki, ABŞ bu qlobal istismar sisteminə ildə 500 milyard dollar faiz ödəyir. Eləcə də digər ölkələrin xarici borclarıyla birlikdə ödənilən xərac nəzərə alınarsa, bu rəqəmin 1 trilyon dollara gəlib çıxdığını görə bilərik.

***

Bu sistem fırıldaq sistemdir. Qlobal güclər dünya ölkələrini təkcə borclandırıb istismar edib sonra da nəzarət etməyir. Başqa soyğun və kölələşdirmə vasitələrini də təkmilləşdiriblər. Bunların başında da “yaşıl kağız” dediyimiz dollar gəlir. Amerika dolları bir istismar vasitəsidir. 1988-ci ildən etibarən dolların qızılla heç bir əlaqəsi qalmamışdır. Federal Ehtiyatlar Sistemi istədiyi qədər yaşıl kağız, yəni dollar çap edir.

Bu gün ABŞ xaricində təqribən 1 trilyon dollara yaxın “yaşıl kağız” vardır. Bu kağızlar verilibdir və əvəzində isə mal alınıbdır. Alın təri alınıbdır. Neft alınıbdır. Yəni, yer üzündəki 6 milyard insan beləcə istismar olunubdur. Özü də ki, bu istismar təkcə dollarla yəni yaşıl kağızla aparılmır.

Bundan başqa, beynəlxalq maliyyə quruluşları və banklar vasitəsiylə GDD dünyanın hər yerinə sarı kağız dediyimiz xarici istiqrazlar satır. Bu xarici istiqrazlar vasitəsiylə yaşıl dollarlar toplanır, yerinə sarı kağız verilir. Dünya bazarlarında təxminən 1 trilyon dollarlıq xarici istiqraz tədavüldədir. Bundan başqa, dollar beynəlxalq valyutaya çevrildiyi üçün bütün dünya ölkələrinin mərkəzi və özəl bankları dollar ehtiyatı saxlayırlar. Məsələn, Türkiyə Mərkəzi Bankı 80-90 milyard dollar ehtiyat fondunda saxladığını elan etmişdir. Bu fondda olan dollarlar əslində faktiki olaraq mərkəzi bankların kassalarında qorunmamaqdadır. Pullar əsasən GDD-in beynəlxalq banklarında saxlanılmaqdadır. Bu pulların əvəzində ölkələrin mərkəzi banklarına sadəcə “Bizdəki hesabınızda bu qədər pul vardır” ifadəsi yer almış ağ bir kağız verilir. Və əllərində tutduqları yaşıl dollarları öz hesablarına bir daha dünya bazarına çıxardaraq əmtəə və istehsalı satın alırlar. Beləcə, GDD bütün dünyanı yaşıl kağız (dollar), sarı kağız (xarici istiqraz) və ağ kağızlar (fond) ilə qəddarca istismar etməkdədirlər.

Dünyanın gizli ağaları ABŞ Mərkəzi Bankı vasitəsiylə istədiyi zaman istədiyi qədər dollar çap edib istədikləri yerə verə biləcək nəzarət mexanizmasını əllərində saxlayırlar. Məhz, bu səbəbdən Kabbalaya bağlı sionistlər istismar və iqtisadi ağalıq vasitəsi olan dollara “$” işarəsini bu məqsədlə qoyublar.

Bu simvolun üstündəki iki cizgi “II” sionist rəmzlərinə görə dünya hakimiyyətini ifadə edir. “S” hərfi isə sionizm inancına görə “quyruğunu dişləyən ilan”ı təmsil edir. Sionizmə görə, ilan quyruğunu dişlədiyi vaxt qələbə qazanılacaq.

İstismarın başqa bir aləti də iqtisadi böhranlar yaratmaq və maliyyə bazarını təlatümə gətirməkdir. Bu güclər qlobal, ya da regional böhranlar yaratmaqla bütün bəşəriyyəti astronomik dərəcədə istismar edirlər. Gizli Dünya Dövlətini idarə edənlər istədikləri zaman maliyyə bazarındakı qiymətləri aşağı salıb hissə sənədlərini toplayır, sonra isə bazardakı qiymətləri qaldırıb bunları satırlar. Beləcə, maliyyə bazarındakı təlatümlərin hamısı GDD-nə milyardlarla dollar pompalayan bir nasos kimi işləyir.

Dünya bazarındakı planlaşdırılmış manipulyasiya sayəsində bu güclər hər il təqribən 1 milyard dollara yaxın pulu sovururlar. Beynəlxalq sənaye quruluşları, neft və ticarət şirkətləri də qlobal istismarın vasitələri arasındadırlar. Dünyanın silah sənayesini də həmin güclər əllərində saxlayırlar. Bəs, sionistlər silah sənayesinə nəzarət etməyə niyə bu qədər əhəmiyyət verirlər? Çünki, Kabbalayla əlaqədar sionistlərə görə digər millətləri bölüb parçalamaq bir inancdır. Buna görə də savaşları körükləyirlər, ölkələri bir-biriləriylə vuruşdururlar. Beləcə, həm hədəflərinə doğru irəliləyərlər, həm də kassalarını pullarla doldurmağa davam edərlər.

Gizli Dünya Dövlətinin idarə edənlərinin bütün bu mexanizmlər vasitəsiylə apardığı illik istismarı dəqiq rəqəmlərlə hesablamaq mümkün deyildir. Bu istismarın 100 milyardlarla dollardan çox-çox artıq olduğunu bildirmək üçün qeyd olunan 1 trilyon rəqəmi şərtidir.

Bu istismar çarxlarına görə yer üzündəki hər kəs illik gəlirindən daha çoxunu fərqində olmadan bu qlobal güclərə ödəmək məcnuriyyətində qalır. Həm dövlətlər, həm də fərdlər gəlirlərini dünyanın gizli ağalarına ödəyincə, dolanışığı üçün yenidən borclanırlar. Hər aldığı borc üçün ödəmək məcburiyyətində qaldığı faizlərlə labirintin içində getdikcə pərişan hala düşür. Bax, bu həqiqətlər qarşısında Rokfellerin şəxsi sərvətinin 100 milyard dollar və ya 1 trilyon dollar olmasının nə əhəmiyyəti var? Onlar bütün bəşəriyyəti istila edən bir mexanizmi işə salaraq bütün dünya iqtisadiyyatını və siyasətini idarə edirlər.

***

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here