Bizimsesimiz.info // “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair kontrakt üzrə ödənişin bir hissəsi Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. SalamNews-un “TRT”yə sitinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin  açıqlayıb.

Onun sözlərinə görə, komplekslərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacaq.

“Bütün məsələlər artıq həll edilib. Yaxın günlərdə kontrakt icra mərhələsinə keçəcək. Kontrakt üzrə ödənişin bir hissəsi Türkiyə tərəfinin hesabına, qalanı isə Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək”, deyə o bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here