Bizimsesimiz.info // ABŞ-in  Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı yeni məlumatlar qlobal isinmənin son səviyyəsini ortaya qoydu.

2017-ci il bütün zamanların ən isti ikinci ili oldu.

NASA tərəfindən yerləşdirilən şəkillər Antarktida buzlaqlarındakı ciddi ərimələrin ölçüsünü gözlər önünə sərdi.

Kompüter görüntüləmə texnologiyası ilə NASA və ABŞ Geoloji Araşdırmalar  peyklərindən alınan minlərlə görüntülərdən buz mantiyasındakı hərəkətlər və dəyişikliklər aydın şəkildə müşahidə edilir.

NASA Yer kürəsindəki 6,300-dən çox metereoloji stansiya vasitəsilə planetimizin 1880-ci ildən günümüzədək məruz qaldığı dəyişiklikləri qeyd etdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here