Bizimsesimiz.info  // Qətər ilə Pakistanın Qətərin sahil sularında dəniz təlimi keçirdiyi bildirilib.

Bu barədə Qətər Müdafiə Nazirliyi Mənəvi İstiqamətləndirmə İdarəsindən yazılı açıqlama verilib.

Açıqlamaya əsasən, “Dəniz Aslanı-1” adını daşıyan və qaz ilə neft yataqlarının qorunması, dəniz quldurluğu və qaçaqmalçılıqla mübarizəni də ehtiva edən təlim 3 gün davam edib.

Qətər Müdafiə Nazirliyi daha əvvəl verdiyi açıqlamada Qətər Dəniz Qüvvələrinin İtaliya və Hindistan dəniz qüvvələriylə təlim keçirdiyini bildirmişdi. Qətər dünyanın ən iri mayeləşdirilmiş qaz istehsalçısı kimi qəbul edilir və illik hasilatı 77 milyon tona çatır.

Qətər ötən il iyul ayında 2024-cü ilə qədər hasilatını 30% artırmağı qarşısına məqsəd qoyduğunu açıqlamışdı. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here