Bizimsesimiz.info  // Bu gecə Rəqaib gecəsidir. Rəcəb ayının ilk cüməaxşamından mübarək cümə gününə keçən bu gecə, Rəhmət və bərəkət ayları olan Rəcəb, Şaban və Ramazanın xəbərçisidir. Bu gecə əllər dua üçün səmaya açılacaq, günahlardan tövbə ediləcək, xəstələr və yaşlılar ziyarət olunacaq. Kimsəsizlər sevindiriləcək, dost və doğmalar təbrik ediləcək, küsənlər isə barışacaq. İslama görə bu gecə tövbə edilən günahlar Allah tərəfindən bağışlanar, edilən dualar geri çevrilməz.

Bu gecə paytaxt Ankaradakı Məlikə Xatın məscidində Rəqaib üçün xüsusi proqram olacaq.

Proqramda Din İşləri üzrə İdarənin rəhbəri Prof. Əli Ərbaş da iştirak edəcək.

Digər tərəfdən Əli Ərbaş Rəqaib gecəsinə görə mesaj yayaraq bildirdi ki, möminlər üçün Rəqaib gecəsi mənəvi mövsümə keçidin xəbərçisidir. Möminlər üçün bütün zamanlar qiymətlidir və Allahın razılığını qazanmaq məqsədilə qulluq şüuru içərisində yaşanmalıdır. Mübarək gün və gecələr yaranma səbəbini dərk edərək, yaradan və yaradılanlarla münasibətləri və həyatı dəyərləndirmək üçün çox qiymətli fürsətlərdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here