Bizimsesimiz.info // ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) İran hökumətinin dəstəklədiyini iddia etdikləri bir qrub hakerin məxfi məlumatları oğurladığını bildirib.

Bu barədə FTB-nin müdir müavini Devid Boudiç açıqlama verib.

Ədliyyə Nazirliyində keçirilən iclasda danışan Boudiç “Hakerlər hökumətimizin məxfi məlumatlarını, ticarət sahəsindəki sirləri, texnologiyalarımızı, hərbçilər barədə fikirlərimizi və rəqabət imkanlarımız haqda məlumatı oğurlayıb”, – deyə qeyd edib.

ABŞ Maliyyə Nazirliyi dünən kiber məkandakı “əhəmiyyətli pis niyyətli hərəkətlərə” cavab olaraq 9 İran vətəndaşı və İnqilab Keşikçilərini sanksiya siyahısına daxil edib.// Sputnik

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here