Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 20-ci hissəsi

( əvvəli ötən sayımızda )

MƏDƏNİYYƏT DAVAMIZ

Millətimiz tarix boyunca zorba gücü deyil, Haqqı üstün tutmuşdur. Bəşəriyyət tarixinin böyük dövlətləri olan Səlcuqlu və Osmanlı dövlətlərini qurmuş, əsrlər boyu bəşəriyyətə sülh və ədalətin ən gözəl nümunələrini göstərmişdir. Şərəfli, parlaq bir keçmişə sahibdir.

Yaxın dövrlərə qədər dünya millətləriylə təkbətək deyil, həmişə onların hamısı ilə birlikdə qarşıya-qarşıya gəlmiş və hamısına qələbə çalmışdır. Xaçpərəst ordularının hücumlarına qarşı çıxmış, onların vəhşi hücumlarını köksündə söndürmüşdür. Millətimiz beş əsr əvvəl İstanbulu fəth edərkən, dörd əsr öncə Vyana qapılarını sıxışdırarkən və 1922 – ci ildə Sakaryada şahlanarkən, şübhəsiz ki iman ən əsas qüvvə mənbəyi olmuşdur.
Millətimizi xaricdən məğlub edə bilməyən düşmənlərimiz uzun zamandan sonra onu içəridən məğlub etmə yoluna üz tutdular. Maarif sistemi və vasitələriylə, misyonerləriylə, mədəniyyət cəsuslarıyla, kapitalist vasitələrlə, düşüncə kirliliyi və mədəniyyət bombardımanlarıyla insanlarımızın dinini, müqəddasatını, imanını, inanclarını və mədəniyyətini hədəfə çevirdilər.

Anti – millilik hərəkatları maddi və mənəvi sahədə geriləməyimizə səbəb olmuş və böyük imperatorluğumuzu qısa zamanda çökdürməyə və yıxmağa kafi gəlmişdir.
Çanaqqala və İstiqlal müharibələrimiz bütün ümüdsüzlüklərə rəğmən bu millətin inandığı zaman nə böyük xariqələr göstərə biləcəyinə dair yaxın tariximizin açıq şah əsərləri və millətimizin diriliyini itirmədiyini ortaya qoyan açıq dəlillərdir.
Bu gün bizim içində olduğumuz şərait baxımından etməli olduğumuz hərəkət eynən, sultan Fatehin İstanbulu fəthindəki əzm və iradəylə məsələlərin üstünə getməyinə bənzəməlidir. Əsl ehtiyacımız olan şey bu ruh və məşəldir. Bu ruhu canlandırmasaq, kağız üzərindəki planlarda həsrətində olduğumuz və gözlədiyimiz nəticəni ala bilmərik. Millətimizin tarixdə layiq olduğu mövqeyə gələ bilmərik. Çünki, o mövqeyə gəlməyin sirri kağız üzərindəki planlarda deyil, min ildən bəri içimizdə yaşatdığımız ruhda gizlənibdir.

Millətlərin varlıqlarının davamı dini, tarixi, iqtisadi və mədəni ünsürlərin birgə millət şüurunu meydana gətirməsiylə mümkündür. Bu ortaq şüura milli şüur deyirik. Milli şüur milləti yaşadan güclərin mənbəyidir. Azaldığı halda maddi və mənəvi varlığı büdrəyəcəyindən millət zəifləyər. Əziz millətimiz iki yüz ildir xarici güclər tərəfindən milli şüuru yox edilərək özünə yabançı etdirilməyə çalışılıb.
Bu səbəbdən qərb ölkələrinin adət-ənənələrini təqlid edən və o ölkələri öz ölkəmizdən üstün görən qərbpərəstliyə qarşıyıq. Türkiyə milli kimliyini atıb qərb ölkələri içərisində əriyə bilməz. Buna bizim milətimizin xarakteri və tarixi imkan vermir.
Bununla belə, dünya sionizmi qəzet, radio, televiziya və hər cür vasitəylə bu əziz millətin övladları üzərində iki əsrdən bəri elə mənfi propaqandalar aparıblar ki, bu gün təəssüf ki, bu millətin övladı olduğu halda məsələlərin həllini solçuluqda, liberalizmdə, ya da anarxiyada axtaranlar olmuşdur. Sionizm 200 ildir çalışa-çalışa mədəniyyət imperializmi yoluyla milltimizin içindən bzi övladlarımızı hayıf ki yanıltmağı bacarmışdır.

Maddi və mənəvi böhranlarla qarşı-qarşıya qalmağımızın qəbahəti millətin deyil, millətin fitrətinə zidd yollara getmk istəyən fikir, sistem və siyasətçilərdədir. Bu gün bir qisim gənclərimiz milli dəyərlərimizdən uzaqlaşaraq müztəlif “izm”lərin arxasınca gedirsə, materialist və anarxist olursa, hippiçiliyə və qeyri-ciddi həyata qiptə edilirsə, ata-anaya asi olursa, bütün bunların səbəbi kor-koranə tətbiq olunan qərb təqlidçiliyidir.
Bu gün rentadan, rüşvətdən, iltimasdan şikayət ediriksə və ticarət həyatında qeyri-sabitlikdən, haqsız qazancdan deyiniriksə, bütün bunlar yenə əxalaqi intizama dəyər verməyən xarab zehniyyətin millətimizin xarakterində açdığı yaraların nəticəsidir. Millətimizin böyük əksəriyyəti tərəfindən bəyənilməyən bu müvəqqəti təsirlərin aradan götürülməsi asandır. Fəqət bu iş ancaq millətin mahiyyətinə, tarixinə uyğun bir idarəetmənin ortaya çıxmasından asılıdır. Məsələlərimiz belə bir idarəetməni gözləməkdədir.

Əcdadımız dünyaya elm, sənət və ədalət saçdığı əsrlərdə olduğu kimi, yenə ehtişamlı, əzəmətli, istiqbalın böyük və güclü dövləti halına gəlməyimiz mümkündür, asandır və hətta bu yaxındır. Bizlər gəlcəyə inamla, imanla baxırıq. Millətimiz heç bir zaman ümidsizliyə düşməmişdir və düşməyəcəkdir. Millətimizdə həm maddi, həm də mənəvi inkişafımızı təmin edəcək əzm, iradə, iman mövcuddur.
Və yenə bu maddi və mənəvi inkişaf hərəkətlərinin düzgün və uzaqgörən sintezini edərək böhranlar içərisində qıvrılan XXI əsrin insanına, bütün bəşəriyyətə işıq salmağımız da Haqqın inayətiylə mümkündür.
Bunun üçün sahib olmağımız lazım olan yeganə şey İstanbulu fəth edərkən, Çanaqqalanı müdafiə edərkən, İstiqlal hərbini apararkən və ən son Kıbrıs Sülh Hərəkatını gerçəkləşdirərkən ortaya qoyduğumuz ruh və mənadır. Milli Görüşdə millətimiz özünü tapmaqdadır. Axtardığnı tapmaqdadır. Milli xarakterimizin özünü təmsil etməkdədir.

Bəli, yabançı fikirlər və təqlidçi yanaşmalar xarakterimizə girmişdir. Fəqət, sonradan içimizə girən bu təsirlər çox şükür ki, xarakterimizə sarılmamışdır. Xarakterimiz sağlamdır. Bu təsirlər gəlib keçəndir. Milli Görüş millətimizin öz xarakterinə uyğun gələn normal paltarıdırsa, kənardan gəlmə solçu baxış, liberal baxış, nə bilim daha hansı baxış başqasının paltarını geyən kəs kimi ya qolu qısa, ya da balağı dizində olan paltarları andırır.
Bu üzdən solçuluqmuş, sağçılıqmış, liberallıqmış – bu baxışlar qeyri-kafi baxışlardır. Müvəffəqiyyətə çatmaq istəyiriksə, əvvəlcə milli şüuru canlandırmağımız lazımdır. Bunun canlandırılmasında ən öndə gələn ünsür də əxlaq və mənəviyyatdır. Bu səbəbdən, düz yarım əsr boyunca öncə əxlaq və mənəviyyat prinsipimizi rəhbər etdik.
Milli Görüş Vətənimizin və millətimizin bölünməz bütünlüyü və bütün məmləkət övladlarının qardaş bilinməsi fundamental prinsipinə istinad edir. Eyni millətin, eyni tarixin balalarının qardaşlığı əsasdır. Bizim metodumuz iddia və suçlamaq deyil, razı salmaq və ispat yoludur. Eyni millətin balaları arasında baxış müxtəliflikləri, fikir fərqlilikləri ola bilər. Fəqət bu heç bir zaman suçlamağın, ayrı-seçkiliyin, parçalamğın səbəbi olmamalıdır.

Bu yüzlərlə il bir vücud halında bədənlərimizi bir-birimizə sipər etdik. Çünki, bizi bir-birimizə İslam qardaşlığı bağlayırdı. Bu ölkənin övladları əsrlər boyu məktəbə bəsmələylə başladılar. Bəsmələyə götürülüb, yerinə “türkəm, doğruyam, çalışqanam!” deyilincə, o biri tərəfdən “Aha, eləmi? Mən də kürdəm, daha doğruyam, daha çalışqanam!” deməyə başladı. Və beləcə, bu ölkənin insanları bir-birinə yadlaşdırıldı. Öz milli və dini dəyərlərimizi buraxıb inkarçı, irqçi və materialist siyasətlərə azdığı üçün ölkəmiz onlarla il bir fəlakətin içinə sürükləndi. Dil məsələsi bunun ən bariz örnəyidir. Əfəndim, türkcə danışılacaq yoxsa kürdcə? İnsanların öz adət və ənənələrinə görə yaşaması ən təbii insan haqqıdır. Ana dilində danışar, ona görə uşağına öyrədər. Bunların qarşısını alsanız, zalım olarsınız.

Yaxşı, biz bu mövzuda nə deyirik?
– Dostum, sən kürdcə danışmaq istəyirsən, elədirmi?
– Bəli.
– Yaxşı. Söylə görək, nə danışacaqsan?
– Əfəndim, ateistlikdən danışacam. Türkiyəni böləcəyəm.
Onda sən türkcə də danışsan, kürdcə də danışsan zərərlisən.
– Nə danışacaqsan?
– İslam qardaşlığını, birlik və bərabərliyimizdən danışacağam.
– Onda sən istəyirsınsə, uqanda dilində danış. Mən sənin alnından öpərəm.

Bu məsələnin həlli ayrı dövlət qurmaq, ayrı federasiya qurmaq deyildir. Əsla belə bir həll ola bilməz. Çünki bunlar nə ölkəmizə, nə insanlığa, nə də kürd mənşəli qardaşlarımıza səadət gətirər. Qərb dövlətləri hamısı birləşib bir dövlət olur. Onlar birləşərkən, bizim onların oyununa gəlməyimiz doğru olarmı? Onlar bizi parçalamaq, əzmək və hamımızı ayrı-ayrı udmaq üçün bu oyunu oynayırlar. Heç kimsə bu oyuna alət olmamalıdır. Güney Şərqdəki kürd qardaşımız İzmirə, İstanbula pasportla gəlsə bundan kim xoşbəxt olar?
Bununla yanaşı, İzmirdəki türk qardaşımız da Diyarbəkirə pasportla getmək məcburiyyətində qalarsa, bundan kim nə qazanar?
Hansı soydan olarsa olsun, heç bir qardaşım nəbadə bu sionistə, ingilisə, amerikalının provakasiyalarına aldanmamalıdır. Budur, tarix ortadadır. Onlar sadəcə bizi bir-birimizlə vuruşdurmaq və bu yolla öz mənfəətlərini, kirli planlarını gerçəkləşdirmək istəyirlər.

Sağlam bir xarakterə malik olmaq üçün cəmiyyət daxilindəki sülhü təmin etməyə, bir-birimizlə qaynayıb-qarışmağa məcburuq. Dövlət-millət vəhdəti inkişaf zamanı əsaslı şərtdir. İş görmək istəyiriksə, səmimiyyətlə bu millətə xidmət etmək istəyiriksə, bunları mütləq həyata keçirməyimiz lazımdır.
İdeyaya ideya ilə cavab verilməlidir. Mədəni ölçülər içərisində fikrini söyləyənə, inanclnı açıqlayana sadəcə təşəkkür edilməlidir. Məsələn, “laiklik” adlanan bir kəlmə var. Böyük ictimai yaraların əsasını təşkil edir. Bu fundamental məsələnin mütləq həll edilməsi lazımdır. Bunun həll edilməməsi sadəcə olaraq millətimizə zərər vurur. Aramızdakı qardaşığı pozur. Laiklik demək hər bir kəsin düşüncə azadlığına, vicdan azadlığına, ibadət azadlığına malik olması deməkdir. Heç kəsin heç kəsə inancından dolayı təzyiq etməməsi deməkdir. Bizim öz tarixi, milli kimliyimizdə bu terminin qarşılığı vardır. Məsələn, dinimizdə bir hənəfi məzhəbinin imamı “Bizim məzhəbimizdə bir insan dəstəmaz aldıqdan sonra bədəninin hər hansı bir yerindən qan axarsa, dəstəmazı pozulur. Amma digər məzhəblərdə qan axsa da pozulmaz” deyir. Belə dərs verir tələbələrinə. Buradakı “digər məzhəblər” sözü “laik” kəlməsinin lüğətdəki kökündən gələn bir kəlmədir. Bizdən fərqli düşünənlər də var və onların mövcudluğunu qəbul etmək deməkdir. Kəlmənin lüğət kökü “iştikak”dır və bu mənaya gəlir.

Fransız inqilabından sonra bu söz hüquq dilinə keçməyə başladı. Niyə istifadə edildi bu? Fransada bəzi kəslər dindar, kilsəyə bağlıdır. Bəziləri bağlı deyildir. Nə dedilər? Biz laik olacağıq. Yəni, fundamental düşüncə sistemindən dolayı heç kəsi qınamayacağıq. Laikliyin mənası budur.
Təəssüflər olsun ki, laiklik bizim ölkəmizdə illərlə İslam düşmənliyi olaraq tətbiq olundu. İnanan insanlara təzyiq, zülm vasitəsi olaraq həyata keçirildi. Laiklik bu mənada bizim millətimizin məna iqlimində olmayan bir kəlməsidir. Siz bu gün Anadoluda bir nənəmizin yanına gedib ” – Nənə, laiklik deyilən bir şey vardır. Heç eşitdinmi?”, – deyə soruşduğunuz zaman, sizə “Həə..? O nə olan şeydir, övladım?”, – deyəcəkdir.
Bundan başqa təəssüf ki, bu cür zehniyyət sahibləri vardır. Yaxşı, gözəl, doğtu bir şey varsa, ələlxüsusus da bu Qərbdə varsa tərəddüd etmədən qəbul edərlər. Amma bu şeyi İslam da söyləyir dedinizmi, birdən-birə hiddətlənməyə başlayarlar. Çünki, Qərb heyranlığı və İslam düşmənliyi xarab zehniyyətlərini təməlini təşkil edir. Buna görə biz xüsusilə Qərbdən alınan belə siyasi terminlərin yerinə konstitutsiyamızda türkcə sinonimlərinin yazılmasının tərəfdarıyıq.

Dövlət vətəndaşlara qarşı adil, qoruyucu və yol göstərən olmalıdır. Nə fərdlərin böyük sərmayə sahibləri olaraq işçini, iş adamını, az gəliri olanı, bütövlükdə cəmiyyəti əzməsinə imkan verilməli, nə də fərdlərin haqlarını təhdid edən, onları cəmiyyətə fəda edən materialist fikirlərə etibar edilməlidir. Haqq müqəddəsdir və mütləq sahibinə verilməlidir. Haqq məsələsində heç bir rəng, dil, din, irq və sinif fərqi nəzərə alına bilməz. Müharinə əsnasında belə tapdaladığı əkinin əvəzini sahibini taparaq ödəyən bir millətin nəvələri olaraq haqqa riayətin millətimizi necə bəşəriyyətin əfəndisi etdiyinin şüuru içində hərəkət etməliyik.
Əsas istinadgahımız haqq və ədalətdir. Bizə görə haqlı olan zəif də olsa qüvvətli, haqsız olan qüvvətli də olsa zəifdir. Necə olursa-olsun heç bir adam zümrə və ya zehniyyətin özü kimi düşünməyən kəslərə hökm etməsinə imkan verilə bilməz. İstənilən dövlət xidməti əmanət olaraq qəbul edilməli əmanətin əhlinə verilməsi təmin edilməlidir. Bu baxımdan dövlət qulluqçularının seçilməsində bilik, qabiliyyət və təcrübə qədər əxlaq və xarakterə də əhəmiyyət verilməlidir.

Dövlət xidmətindən kargüzarlıq bə işlərin uzanmaslna səbəb olan bütün formallıqlar tamamən yığışdırılmalı, bəsit və sağlam əsaslar gətirilməlidir. Dövlət xidmətlərindən lüks və israf tamamilə götrülməli, rüşvət, hörmət, xahiş kimi xəstəliklər kökündən qazılmalıdır. Qüvvətli, adil, yol göstərən bir idarəetmə mexanizmi qurulmalıdır. İctimai sülh üçün tolerans və qardaşlıq yanaşması qaçılmazdır. Bir-birimizə tolerans davranaq, qardaş hissiylə baxaq! İnkişafda müvəffəqiyyət ictimai sülhün bu əsas sirrindən asılıdır. Birgə inkişafın birinci prinsipi qardaşlıqdır. 75 milyon – hamımız bir-birimizi qardaş bilməliyik. İkinci prinsip isə dövlət millətə zülm və təhəkküm üçün deyil, millətə xidmət üçün vardır. Dövlət ilə millət qaynayıb qarışmalıdır. Bu nə deməkdir? Elə bir dövlət olmalıdır ki, Qarsdakı qardaşımızla Muğladakı qardaşımızla iş olsun deyə deyil, bayram çıxışlarında danışarkən deyil, öz-özünə düşünərkən belə “Mənim nə gözəl dövlətim var!” deməlidir.

***

Anadolumuza Milli Görüş, haqqı üstün tutma zehniyyəti 1071-ci ol Malazgird zəfəriylə gəldi. Onun arxasınca min oldən bəri Anadolumuzda millətimizin öz görüşü olan Milli Görüş saysız-hesabsız zəfərlər qazandı. İstanbul solçuluqla, liberalçılıqla, onunla, bununla deyil, Milli Görüşlə fəth olundu. Eyni şəkildə Çanaqqala savaşı Milli Görüşlə oldu. İstiqlal savaşımız, Böyük Kıbrıs zəfərimiz Milli görüşlə əldə olundu. Onun üçün Milli Görüşün tarixi həzrəti Adəm (ə) ilə başlayır.

Türkiyə çoxpartiyalı sistem 1946-cı ildə həyata keçdi. 1946-cı ildən 1969-cu ilədək müxtəlif fikirlər ölkəmizin siyasətində rol oynadı. Ancaq təəssüf ki, bunlar millətimizin gözlədiyi, arzuladığı xidmətləri etmədilər. Buna görədir ki 1969-cu ilə gəldikdə, millətimizin bağrından Milli Görüş fışqırdı. Beləcə, 14 oktyabr 1969-cu ildə Milli Görüş ilk dəfə TBMM-də təmsil edildi. Bu səbəbdən çoxpartiyalı həyata girdikdən sonra Milli Görüşün məclisdə təmsil olunmağa başladığı 14 oktyabr 1969-cu il tarixi çox önəmlidir. Bu seçkilərdə, yəni 1969-cu il noyabr seçkilərində müstəqil namizəd olaraq 18 nəfər qardaşımız yurdun müxtəlif yerlərində Milli Görüşü təmsil etdilər. Canla-başla çalışdılar.

Rəhmətlik Əşrəf Ədib bəyin MNP-nı qurduğumuz zaman partiya mərkəzimizdə etdiyi tarixi çıxışındakı bu sözləri çox mənalıdır:
“Mən 90 yaşındayam. Yetmiş ildən bəri bu millətin əslinə dönəcəyinə inandım, yazdım və bunun mücadiləsini apardım. İndi madam ki, bu günü yaşadım. Bundan sonra ölə bilərəm. Çünki, yetmiş ildən bəri inandığım və irəli sürdüyüm davanı bu gün gerçəkləşmiş olaraq yaşadım. MNP-ın qurulması bu millətin kökünə qayıtmasıdır. Buna görədir ki bundan sonra ölsəm də qəmim yoxdur”.

Millətimizin gerçək ruh kökü olan Milli Görüş hərəkatını bir əsrlik müvəqqəti aradan sonra yenidən başlatdığımız ilk günlərdə rəqiblərimiz bizə bunu deyirdilər: ” – Bu ölkədə camelər açıq deyillərmi? İstəyən kəs namazımı qılmayırmı? Mövlud oxutmayırmı? İstəyən şəxs orucunu tutub həccə getməyirmi? Qarışmayırıq, hər kəs sərbəstdir. Yaxşı, daha nə istəyirsiniz?”
Biz də onlara bu cavabı verirdik: Ovçular lələkləri rəngli gözəl bir quş ovlayarkən bu quşu torpağa basdırmaq istəməzlər. İçini təmizləyirlər, saman doldurub evlərinin ən görməli yerinə qoyarlar. Məktəblərdə, muzeylərdə içi saman dolu quşları görmüsünüz. Bizə deyirlər ki, bu quşun gözü yoxdur? Var. Dimdiyi yoxdur? Var. Qanadları yoxdur? Var. Yaxşı, daha nə istəyirsiniz? Biz də yek kəlməylə deyirik ki, biz içi samanla dolu cansız quşu deyil, bu quşun canlısını istəyirik.

Bizim də bu ölkədə istədiyimiz budur. Milli Görüşlə digər zehniyyətlərin fərqi də içi samanla doldurulmuş quşla canlı quş arasındakı fərqdir.
Bu səbəblərdən Milli Görüş bu millətin özüdür, əslidir, tarixidir, inancıdır. Hələ ilk qurulduğu gündə bu prinsiplər qoyulmuşdur. 1974-1978-ci illər arası dörd il üç koalision hökumətdə böyük xidmətlər ifa edən MSP dönəmində böyük nailiyyət diplomları əldə edildi. Bu dövrdə Kıbrıs Sülh Hərəkatı müvəffəqiyyətli oldu. Bu dönəmdə böyük “Ağır Sənaye Həmləsi” atıldı. Anadolunun hər tərəfinə böyük müəssisələr açıldı.

Milli Səlamət Partiyası dönəmi başdan sona qədər millətimizə edilən xidmətlərlə doludur. Bu saydıqlarıma əlavə olaraq Türkiyənin İslam Konfransına tam üzv olması o dövrdə Milli Səlamətin səyləriylə olmuşdur. Anadolumuzun bir ucundan o biri ucuna hələ o zaman avtomobil yollarıyla təmin olunması üçün lazımi hazırlıqlar, hətta anlaşmalar belə olmuşdur. İmam-Xatib məktəbləri açılmış, İmam-Xatib məzunlarının universitetlərə girmələri üçün qanun çıxarılmışdır. Bu gün yüz minlərlə inanclı kadr ölkə səbiyyəsində vəzifə başındadırsa, bu Milli Görüşün hələ ilk gün atdığı toxumların meyvələri və xeyirli nəticələridir.
Bütün məktəblərə din və əxlaq dərsləri qoyuldu. Bu durum laik Türkiyədə tək başına bir hadisə sayılmışdır. Daha sonra 12 sentyabr hərbi xuntası bunun əhəmiyyətini dərk edərək din dərsini icbari dərslər qrupuna əlavə etmişdir.
Misir, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrdə oxuyanların diplomlarının Türkiyədə keçərli olması qərara alınmış və icra olunmuşdur.

Vəqf mallarının talan olunmasına son qoyulmuş, vəqflər tərəfindən 500-ə yaxın came restavrasiya olunmuş, vəqf gəlirləri 3-4 dəfəyə qaldırılmışdır. Bundan başqa vəqf büdcəsindən yedirilən yoxsulların sayı dörd dəfə artırılmışdır. Risaleyi-Nur kimi dini, elmi və əxlaqi əsərlərin oxudulmasına qoyulan yasaqlar qaldırılmış, bununla da İslami nəşriyyatda yeni bir yol açılmış və yüksəliş yaşanmışdır. Quran kurslarının açılması və yaşadılması üçün cümhuriyyət tarixində ilk dəfə dövlətin iştirakıyla büdcədən gəlir ayrılmış və 3000-dən çox Quran kursu fəaliyyətə başlamışdır. Həmçinin həmin dövrdə ölkəmizi geridə olmaqdan qurtarmaq, insanlarımıza halal və rahat yeni iş sahələri açmaq üçün ağır sənaye həmləsi başlamışdır. Milli hərb sənayesi yaradılmışdır. “Montaj deyil, hərtərəfli milli və yerli sənaye” deyilərək yola çıxılmış və ölkə miqyasında 200 böyük fabrikin plan və layihələri hazırlanmış, nəhəng müəssisələr olaraq istehsala başlanmışdır.

Şəkər fabrikləri, sement fabrikləri, azot sənayesi, Seka, dəmir və polad istehsalı və satışı, maşınqayırma və kimya sənayesi, təyyarə sənayesi, TÜMOSAN, TAKSAN, TEMSAN, TESTAŞ həmişə Milli Görüş ruhu və əzmiylə hərəkətə keçilmişdir.
İnanc təkədən süd çıxardar. Bunun bir nümunəsi də Rifah yolu hökuməti dönəmində yaratdığımız “hovuz” sistemidir.

İzmirdə TEDAŞ vətəndaşdan elektrik enerjisinin pulunu toplayır. Topladığı bu pulu o günkü şərtlərdə 40%-lə özəl bir banka qoyur yatırır. Sonra nə olur? O özəl bank həmin pulu 150% ilə dövlətə borc olaraq verir. Çünki TEDAŞ-ın pulu var. Amma Əlazığdakı avtomobil yollarına pul lazımdır. Onun pulu qutarıbdır. O pulu əldə etmək üçün dövlət özəl banklara borclanır. Bəs, özəl bankın dövlətə borc olaraq verdiyi pul kimindir? Dövlətin. Dövlət öz pulunj 40%-lə özəl banka yatırır. Amma 150%-lə yenə öz pulunu borc olaraq alır. Bizdən əvvəl bu yolla 14 milyard dollar borclanılıb və faiz ödənibdir.

Biz gələn kimi nə etdik? 10 000 dövlət qurumunun maliyyə imkanlarını bir elektron mərkəzdə topladıq. Dövlətin nəyi vardırsa gördük. Bütün dövlət qurumlarına “özəl banklardakı pullarınızı dövlət bankına qoymalısınız” dedik. Bu elektron hazırlıq təxminən bir ay sürdü. Bir də gördük ki, dövlətimizin çoxlu pulu var. Sən demə biz nə qədər zəngin imişik! Bu “hovuzu” qurduqdan sonra TEDAŞ-ın pulunu faizsiz olaraq Əlazığdakı avtomobil yollarına verincə, dövlət borca girməkdən qurtuldu. Rahat nəfəs aldı. Beləliklə, dövləti 6 ayda 10 milyard dollar faiz ödəməkdən azad etdik. Kasıb-kusubun pulunu rentaya, xarici güclərə, irqçi imperializmə verməkdən azad etdik.

Bizə qədər KİT-lər hər il 5 milyard dollar ziyana düşürdü. Biz gələr-gəlməz həmin KİT-lər 2 milyard dollar mənfəət əldə etdi. Bunlar gəlincə, dövlət qurumları ziyana düşür. Biz gəlincə mənfəət əldə edir. Çünki, at sahibinə görə kişnəyər.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here