Bir qrup Fələstin sakini İbrahimi məscidinə diqqəti artırmaq məqsədilə “Gəlin hərəmə gedək” adlı kapaniyaya start veriblər.

Felestin.info Fələstin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, gənclər Fələstinin əl-Xəlil (Habrun) şəhərinin köhnə məhəlləsində yerləşən qədim məbəddə müsəlmanları gündəlik ibadətləri yerinə yetirməyə təşviq etmək qərarına gəliblər. Bu məqsədlə “Gəlin hərəmə gedək” adlı kampaniyaya start veriblər. Bununla tez-tez fanatik yəhudilər tərəfindən basqına məruz qalan və yəhudiləşdirilməyə cəhd göstərilən İbrahimi məscidinin İslami bir irs kimi qorunması və sahib çıxılması nəzərdə tutulur.

Kampaniyada müxtəlif yaş qruplarından olan kişilər və qadınlar iştirak edir. Fəallar məscidə turlar təşkil edərək içəridə cəm şəkildə ibadət və dua mərasimləri keçirirlər.

Aksiya təşkilatçıları İordan çayının qərb sahili və əl-Xəlilin müsəlman əhalisinə müraciət edərək imkanı çatan hər kəsi turlarda iştirak etməyə çağırıblar. Əhali fanatik yəhudi miqrantların təxribatçı həmlələrindən qorxmamağa çağırılıb.

Bildirək ki, həzrət İbrahim peyğəmbərin və bir neçə ailə üzvlərinin dəfn olunduğu ehtimal edilən İbrahimi məscidi İsrail işğallarından sonra dəfələrlə fanatik yəhudilərin hücumlarına məruz qalıb. Buranı Patriarxlar mağarası adlandıran sionistlər məbədin daxili görünüşünü dəyişərək buranı sinaqoqa bənzətməyə və tədricən müsəlmanların bura gəlişinə son qoymağa çalışırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here