Dünən Qüdsdə yerləşən Latın Patriarxatlığı İordan dərəsinin şimal hissəsində kilsəyə məxsus ərazinin işğalçı İsrail rejimi tərəfindən qəsb edilməsinə qarşı etiraz bəyanatı yayıb.

Felestin.info-nun Imemc.org-a istinadla verdiyi xəbərə görə, bəyanatda deyilir ki, patriarxatlığa onun ərazisinə məxsus olan hektarlarla ərazinin ələ keçirilməsinə dair İsrail tərəfinin qəbul etdiyi qərarın surəti təqdim edilib.

“Patriarxatlıq İsrail tərəfinin bu qərarını müxtəlif aspektlərini araşdırır və cavab vermək üçün uyğun yolları müəyyənləşdirir. Bu qərarın ləğvi və növbəti təhlükələrin qarşısını almaq üçün münasib addımlar atılacaq”, – deyə kilsənin bəyanatında vurğulanır.

Bildirək ki, İslam-Xristian Şurası bəyan edib ki, İsrail hərbi komandanlığı Tubas əyalətinin Bərdala və Təyasir kəndlərində kilsəyə məxsus 27 hektara yaxın ərazini qəsb edib. İşğalçı rejim bu ərazilərin hərbi məqsədlə müsadirə olunduğunu və ordu üçün düşərgə inşa ediləcəyini bildirib. Bu səbəbdən Şura İsrailin bu addımını beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here