Dünyada orta əmək haqqının yüksək olduğu zəngin ölkələrdən biri də Qətərdir. Qətər Ərəbistan yarımadasının şərqində, İran Körfəzinə uzanan yarımada üzərində yerləşir. Bu araşdırma yazımızda sizlərə Qətərin tarixi, iqtisadiyyatı, dili, dini, etnik mənsubiyyəti, dövlət idarəçiliyi və Yaxın Şərqdəki hadisələrdəki rolu barədə məlumat verməyə çalışacağıq.   Tarixi Qətərin yerləşdiyi bölgədəki ilk yaşayış məskəni daş dövrünə gedib çıxır. Daş dövrünün ölkədə yerləşən ilk qalıntılarının 50 min illik olduğu vurğulanır. Qətərdə Babillərin və Səlcuqluların da hökmranlıq etdiyi də qeyd olunan məlumatlar arasındadır.   7-ci əsrin ortalarında İslam dini Ərəb yarımadasında yayılmağa başladığı vaxt Qətər də Əməvilər, Abbasilər kimi xanədanların hakimiyyəti altında girdi.   16-cı əsrdən 1-ci dünya müharibəsinə qədər isə Qətər Osmanlı imperiyasının bir parçası idi. 19-cu əsrin sonlarına doğru burada “əl-Tani” əmirliyi quruldu və 20-ci əsrin əvvəllərinə qədər ingilislərin himayəsində qaldılar.   Qətər 1971-ci ildə ingilislərin himayəsindən ayrılaraq tamamilə müstəqil ölkə olduğunu bəyan etdi.   Bu hadisədən bir müddət əvvəl isə Qətər Birləşmiş Ərəb Əmirliklərinin bir parçası olmaq təklifini rədd etmişdi.   1972-1995-ci illər arasında ölkəni idarə edən ilk əmirdən sonra idarəçiliyə əl qoyan Qətər əmiri Həmad ibn Xəlifə əl-Sani ölkəni idarə etməyə başladı.   (Qətərin sabiq əmiri Həmad ibn Xəlifə əl-Sani)   “Əl-Tani” əmirliyi dövründə önəmli iqtisadi və siyasi islahatlar həyata keçirildi. Seçkilərin nisbətən demokratik keçirilməsi üçün addımlar atıldı, qadınlar seçmək və seçilmək hüququna malik oldular.   Bundan əlavə neft və təbii qaz sahəsində də liberal iqtisadiyyat prinsiplərinə əməl edilməyə başlanıldı.   Qətər 2001-ci ildə Bəhreyn və Səudiyyə Ərəbistanı ilə sərhəd problemlərini tamamilə həll etdi.   2003-cü ilin aprel ayında reallaşdırılan Konstitusiya islahatından sonra ciddi siyasi dəyişiklik də baş verdi. Yeni Konstitusiya üçdə ikisi seçki yolu ilə, üçdə biri isə Əmirin təyinatı ilə 45 nəfərlik Parlamentin qurulmasına səbəb oldu.   Qətər Şimali Afrikanı öz təsiri altında alan “Ərəb baharı” aksiyalarından heç bir formada zərbə almadı.   Bundan əlavə Qətərdə 2009-cu ildən etibarən bələdiyyə seçkiləri də reallaşdırılır.     Coğrafi mövqeyi və iqlimi   Qətər yarımadası Fars körfəzinə doğru Səudiyyə Ərəbistanından çıxmış 160 km-lik bir uzantıya bənzəyir. Ümumiyyətlə alçaq düzlüklərdən ibarət olan ölkə qumla örtülüdür. Ölkənin cənubu isə çöllərlə örtülüdür. Şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub.    Qətərin paytaxtı Doha şəhəridir. Bu ölkənin iqlimi tropikdən subtropikə keçid xarakterlidir. İl boyu ölkədə daha çox normadan artıq yüksək temperaturu müşaiyyət etmək mümkün olur. Qətərdə orta temperatur 44 °C olsa da Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 °C dərəcəyədək yüksəlməsinə səbəb olur. (Qətərin paytaxtı Doha şəhəri)   Etnik mənsubiyyəti, dili və dini Demək olar ki, bütün Qətər vətəndaşları İslam dininə mənsubdur. 2004-cü ilin rəsmi hesablamalarına görə ölkə əhalisinin 77,5 %-i müsəlman, 8,5 %-i xristian, 14 %-i digər dinlərin nümayəndələridir. Etnik ərəblərdən başqa çoxu vətəndaş müxtəlif ölkələrdən neft sektorunda çalışmaq üçün bu ölkəyə gəlib.   Ərəb dili rəsmi dövlət dilidir. Onlarla fərqli millətdən insanların olması İngilis dilini ikinci bir milli dil halına gətirib çıxarıb.   (Paytaxt Doha şəhərindəki qətərli ərəblər)   Qətər ərəbləri ümumiyyətlə üst səviyyə idarəçi, bürokrat ya da mal sahibi olduğu ölkədə digər ölkə ərəbləri banklarda, təbii qaz emalı zavodları, ya da dövlətin təşkilatlarında məmur olaraq çalışarlar. Ölkənin demoqrafik quruluşu immiqrasiya sisteminə əsaslanır.   Ölkədə xarici ölkələrdən təxminən 1,5 milyona yaxın işçi çalışmaqdadır. Ümumiyyətlə Filippin, Nepal, Hindistan kimi ölkələrdən insanlar bu ölkəyə tikinti, səhiyyə, xidmət, enerji sektorlarında çalışmaq üçün gəlirlər.   İqtisadiyyatı Qətər təbii qaz baxımından dünyanın ən zəngin rezervlərindən birinə sahibdir. Bu ölkədə rifah səviyyəsinin yüksək olmasına səbəb zəngin təbii sərvətlərə sahib olmasıdır.   Dünyanın 3-cü ən böyük təbii qaz rezervlərinə sahib olan ölkə 25.7 trilyon metrkub ilə dünyada sübut olunmuş təbii qaz rezervlərinin təxminən 15 faizini öz əlində saxlayır.   Yaxın Şərqdə adam başına düşən ən çox orta əmək haqqına sahib ölkələrdən də biri Qətərdir. İşsizlik səviyyəsinə görə Qətər 0.4 faizlik nisbətlə dünyada ikinci yeri tutur.   (Qətərə məxsus neft buruqları)   Qətərdə xarici iş adamları üçün çoxlu prespektivli iş sahələri mövcuddur.   Neft qiymətlərinin yüksək olması Qətər iqtisadiyyatına son illər daha da dəyər qatıb.   Qətərin hərbi sahədəki xərcləri 2001-ci ildən etibarən milli gəlirin 10 faizini təşkil edir.   Sözügedən ölkə 2022-ci ildə Dünya Kuboku futbol turnirinə ev sahibliyi edəcək. Bu səbəblə hazırda Qətərdə yeni hava limanı, magistral yol, dəmiryolu xətti və metro xətləri inşaatına başlanılıb.     Ordusu Qətər dövlət müəssisələrini, strateji obyektləri, 10 min nəfərlik əsgərlər qoruyur.   (Qətər əsgərləri hərbi paradda)   Qətər ordusunun tərkibində quru, hava və donanma hərbi qüvvələri mövcuddur.   Bundan əlavə ABŞ, Böyük Britaniya və Fransa Qətər ilə hərbi razılaşmalar imzalayıb.     Dövlət idarəçiliyi Qətər 7 ayrı bələdiyyəyə bölünür. Bunlar ad-Doha, əl-Rəyyan, Umm-Salal, əl-Xur, əl-Vakrah, əl-Daayen və əl-Şamaldır.   Dövlətin başında əmir dayanır. Hal hazırda Qətərin əmiri Şeyx Təmin ibn Həmad əl-Sanidir.  O, keçmiş əmir Şeyx Həməd ibn Xəlifə əl-Saninin ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur.  25 iyun 2013-cü ildə Qətər əmiri Şeyx Həmad ibn Xəlifə Al Saniyə, öz qohumları və köməkçiləri ilə məsləhətləşdikdən sonra taxtdan oğlu Təmimin xeyrinə imtina edir. Az sonra televiziyada çıxışda Təmim hakimiyyəti atasından təhsil almasını açıqladı.   (Qətərin əmiri Şeyx Təmin ibn Həmad əl-Sani)   Qətər və beynəlxalq terrorçuluq 5 iyun 2017-ci il tarixində Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətər ilə diplomatik əlaqələri dayandırdığını bəyan etdi.   4 Körfəz ölkəsi iddia edirdi ki, Qətər beynəxalq terrorçuluğu dəstəkləyir və maliyyələşdirir.   Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu barədə rəsmi bəyanat ilə çıxış etdi.   “Rəsmi Doha açıq və gizli yollarla beynəlxalq terrorçuluğu maddi və mənəvi olaraq dəstəkləyib. 4 ölkə birgə özünü terrorçuluqdan qorumaq üçün Qətər ilə diplomatik əlaqələri dayandırdı”, – deyə bəyanatda vurğulanırdı.   (Suriyada terrorçuluq edən “Nusra Cəbhəsi” terrorçu qruplaşması üzvləri. Bu qruplaşmanın adı daha çox Qətər ilə birgə çəkilir)   Rəsmi Doha da səsləndirilən iddialara münasibət bildirməkdə gecikmədi.   Rəsmi olaraq qeyd olundu ki, 4 Körfəz ölkəsi qərəzli olaraq Qətərə qarşı kampaniyaya başlayıb.   Ümumiyyətlə Suriyada müharibə başladıqdan sonra mətbuatda dəfələrlə vurğulanırdı ki, Suriya və İraqdakı terrorçu qruplaşmalara Qətər maddi dəstək verir.   Bununla bağlı dəfələrlə ortaya bəzi sübutlar da atılıb.   Hazırda Qətəri 4 Körfəz ölkəsi arxadan vursa da İran İslam Respublikası ilə Türkiyə Qətərə hər tərəfli dəstək olacaqlarını bəyan ediblər.   Bir neçə dəfə ABŞ rəsmiləri Körfəz ölkələri ilə Qətəri barışdırmağa cəhd etsə də bu hələ ki mümkün olmayıb.     Qətər və Azərbaycan münasibətləri Azərbaycanla Qətər dövləti arasında diplomatik əlaqələr 1994-cü ildə yaradılsa da, 2007-ci ildə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə əlaqələr, o cümlədən qarşılıqlı səfərlər intensivləşib.   Ən son belə yüksək səviyyəli görüşlər 2017-ci il fevralın 8-də Azərbaycan Prezidentinin Dohaya rəsmi səfəri və 2016-cı ilin 8-9 martında Qətər Əmiri Şeyx Təmim ibn Həmad əl Saninin Bakıya rəsmi səfəri olub. (Qətər Əmiri Şeyx Təmim ibn Həmad əl-Saninin Bakıya rəsmi səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə görüşündən)   Azərbaycan Prezidenti İlham Əliyev Dohaya səfərindən əvvəl Əl-Cəzirə kanalına müsahibəsində deyib ki, digər Körfəz ölkələri ilə olduğu kimi, Qətərlə də münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.   2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Bundan sonra 30 günə qədər viza tələb edilmir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olub. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir.   İqtisadi və ticarət əlaqələrinə gəldikdə isə Azərbaycan Qətərlə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edib. Hərçənd bu ixrac o qədər də güclü hesab edilmir. Çünki təxmini hesablamalara görə, 2016-cı ilədək ticarət dövriyyəsi 65-70 milyon dollardan o tərəfə olmayıb.   Bundan başqa, rəsmilər dövlət səhmləri olan Qətər şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə və investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər. Mənbə: Eastnews.org Mənbə: http://eastnews.org/news/31100

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here