Memarlıq və Dizayn şirkəti olan “Dinamik Yapı” MMC -nin direktoru Rövşən  Zamanlı  ilə müsahibə

 -Rövşən  müəllim, zəhmət olmasa “DİNAMİK YAPI” MMC  tikinti şirkəti haqda,onun yaranması  və fəaliyyətinizin əhətə etdiyi sahələr barədə bir qədər məlumat verərdiniz.

-Şirkət olaraq 2006 -çı ilin fevral ayından fəaliyyətə başlamışıq .O zamana qədər göstərdiyimiz referanslar bizi məcbur  elədi ki, biz artıq şirkət olaraq çalışaq .

2006-cı ilə qədər Rövşən Zamanlı olaraq böyük layihələrin icra edilməsinə rəhbərlik etdim. Misal üçün : QUEEN Əyləncə Mərkəzi ,“Çinar” restoranı  , Ambiance Hotel Baku ,LADY HOUSE SPA mərkəzi, və s. onlarla fərdi sifarişlər.

Öz xəyallarımızı, ideyalarımızı gerçəkləşdirmək üçün dizayn studiyası qurduq. Əsasən təcrübələrimizdə rast gəldiyimiz problemlər dizayn studiyası qurmağa rəvac verdi .Çünki fərqli dizaynerlər inşaat praktikası olmadığı üçün ,praktiki olaraq lahiyələrdə  ciddi səhvlər edirdilər , zaman itgisi ilə qarşılaşırdılar.Bəzi müştərilərlə  yaşanan problemlər də lahiyələrə əngəllər olurdu. Biz bütün bunları nəzərə alaraq Dizayn studiyası qurduq. Şükürlər olsun ki ,bazarda sözümüzü deməyi bacardıq.

– “DİNAMİK YAPI” MMC – ni təsis edəndən sonra bəs hansı işləri görmüsüz?

-“DİNAMİK YAPI” olaraq fəaliyyətə başlayandan sonra daha da böyük layihələrə imza atdıq və  bu uğurlar məşhur layihələrdə iştirak etməyimizə şərait yaratdı,biz xaricdə bir sıra uğurlu layihələrə imza atdıq.Belə ki,2008-cü ildə  Ukraynadan təklif aldıq .Dnepropetrovsk (Hal-hazırda Dnepr adlanır-red.)xəstəxanasında reanimasiya şöbəsində  təmir işlərini götürdük .

Həmin illərdə  Dnepropetrovsk şəhərində həmçinin  iki azərbaycanlı iş adamı üçün restoran kompleksini də  layihələndirib onun tikintisini icra edik .Bundan başqa Qazaxıstanda bir şadlıq evi üçün möhtəşəm dizayın hazırladıq. Ölkəmizdə bir neçə Olimpiya mərkəzləri, klinikalarla  əməkdaşlıq etmişik .Hal -hazırda Premium Palace Hotel-indəki işləri bitirmək uzrəyik.

-Maraqlıdır , “DİNAMİK YAPI”adı  nə ilə bağlıdır?

“Dinamik” adından bəllidir ki ,möhkəmlik, əzmli  ,cəsarətli anlamlarına gəlir .”Yapı”- icra etmək düzəltmək mənasını verən qədim türk sözü olaraq hal-hazırda  istifadə olunan sözdür .Dinamik Yapı-  möhkəm ,əzmkar iş görən ,düzəldən  anlamına gəlir.Çox ad seçə bilərdik .Ancaq bu adı seçməklə minillərin tarixinə söykənən milliliyimizi və müasirlik simvolu olaraq dinamikanı nəzərə aldıq. Zamanında bu ad insanlar üçün yad olsa da,indi artıq  günü -gündən doğmalaşır.

-Biznes istiqaməti olaraq memarlıq və dizaynı seçməyiniz nə ilə bağlı olub?

-Yeniyetmə çağından bu sahəyə marağım olub Yaradıcı insan olmağım sonda məni öz ürəyimcə olanla işlə məşğul olmağa gətirib çıxardı.

-“DİNAMİK YAPI”-nın tikinti sektorunda  fəaliyyət göstərən  çoxsaylı şirkətlərdən fərqi nədədir və xarakterizə edən cəhət hansılardır?

-Fərqimiz müştərinin hər zaman haqlı olmaq prinsipini üstün tutmaq ,müştərilər nə qədər kaprizli olsa da onları razı salmağa çalışmağımızdadır.

-Müştərilərə, sifarişçilərə  münasibətdə  hansı meyarları əsas götürürsünüz?

-Səmimi ünsiyyət, dəqiq dizayın,lahiyə. Qənaət, müştərinin istəklərinin tam mənimsilənməsi.  Bu meyarları əsas götürəndə rahat işləyə bilirik.

-İşçi ,əməkdaş seçimində əsas hansı kriteriyaları əsas götürürsüz?

-İşçi seçimində üstünlük verdiyim keyfiyyətlər səmimilik , prinsipiallıq, fitri istedad kimi keyfiyyətlərdir.

-Tikinti  sektorunda  bildiyiniz kimi çoxsaylı oxşar şirkətlər  var.Və bu  baxımdan keyfiyyət və qiymət sarıdan mövcud şirkətlərlə rəqabət aparmaq çətin deyil ki?

-Rəqabət çətin, həm də maraqlıdır .Daima qarşında güclü rəqiblər olması səni daha da güclü edir.Rəqabətə davam gətirmək üçün isə keyfiyətli iş görmək , operativlik lazımdır, təbii ki qiymət siyasətini düzgün qurmaqdan da  çox şey asılıdır.

-Keçən əsrin əvvələrində Bakı milyonçularının tikdiridiyi əksər tikililər indi dəyərli tarixi abidə,arixitektura incilərinə çevrilib.Amma indi  o üslublarda dəyərli tikililər tikilmir demək olar.Buna səbəb nədir?

-Tikintinin konstruktiv olaraq bir neçə metodu var ki, əsrin əvvəlində ancaq bunların birindən istifadə olunurdu.Eksteryer üslublar içində isə ən çox klassika və barokko üslubuna üstünlük verilib.Hal-hazırda bu üslublar yenə də gündəmə gəlib.

Bu üslublar olduqca çox vəsait tələb etdiyi üçün onlara indi  az müraciət olunur. Modern çağda alternativ fasad üzlüklər çox olduğu üçün klassika və barokko üslubuna az müraciət olunur. Antik  və şərq üslubunda isə ancaq məscidlər  və bir qism iaşə obyektlərinin inşası zamanı müraciət edilir.

-Sonda bir az da gələcək planlarınız barədə danışmağınızı istərdik.

-“DİNAMİK YAPI” olaraq əsas hədəflərimiz işi böyütmək, yeni üslubların kəşfi, Milli Üslubu dünyada tanıtmaqdır.

-Müsahibəyə görə təşəkkür edirik!

-Siz də sağ olun!

Söhbətləşdi :İmran Kərimli

Bizimsesimiz.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here