Eastnews.org-un verdiyi xəbərə görə, Hollandiyada İslam əleyhdarı siyasətçi Gert Vildersin bir vaxtlar sağ əli olan keçmiş qatı sağçı deputat Yoram van Klaverenin müsəlmanlığı seçdiyi ortaya çıxıb. Vildersin Azadlıq Partiyasından deputat olduğu dövrdə İslama qarşı böyük bir kampaniya aparan Klaveren niqab və minarələrin qadağan olunmasını istəmişdi. O, “Hollandiyada İslamı istəmirik, ya da mümkün olduğu qədər az olsun”, – demişdi. “NRC” qəzetinə danışan Klaveren (40) İslam əleyhinə kitab yazarkən müsəlman olmağa qərar verdiyini deyib. Klaveren “Bu ana qədər yazdıqlarım doğrudursa və buna inanıramsa, faktiki olaraq müsəlman olduğuma qərar verdim”, – söyləyib. 26 oktyabr 2018-ci ildə İslama keçdiyi bildirilən Klaveren hazırda “Din dəyişdirmə: Dünyəvi terror vaxtında Xristianlıqdan İslama” adlı kitabının təqdimatını keçirir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here