İranda 19 milyon yoxsul var.
Qaynarinfo xəbər verir ki, bu barədə Tehran Universiteti Elm Komitəsinin üzvü, sabiq yol və şəhərsalma naziri Abbas Axundi “Urbanizasiya və İdarəçilik” konfransında danışıb. Axundinin sözlərinə görə, İran şəhərlərində 19 milyon yoxsul insan yaşayır və bu, ölkə əhalisinin 25%-ini təşkil edir. Sabiq nazir açıqlamasında şəhərsalma prosesinin İran əhalisinin rifah səviyyəsini yüksəldəcəyini, sosial problemləri azaldacağını dilə gətirib. O, hazırkı hökumətin 10 ildə 2700 ərazidə yenidənqurma işləri həyata keçirməyi planlaşdırdığını sözlərinə əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here