Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin NATO təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə TASS-ın yaydığı məlumatda deyilir.

“Aldığımız S-400 sistemlərinin NATO, ABŞ təhlükəsizliyi və F-35-lə heç bir bağlılığı yoxdur. Bu sistemləri almağımızın səbəbləri bəllidir”, – deyə o vurğulayb.

Qeyd edək ki, bir müddət öncə Ərdoğan Rusiyadan S-500 zenit-raket komplekslərinin alınacağını istisna etməmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here