İşğalçı İsrail rejiminin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, o, bir çox ərəb liderlərilə Qəzza zolağının birləşdirilməsi planı barədə müzakirələr aparıb. Lakin hələlik heç bir ərəb dövləti Qəzzanı özünə birləşdirmək məsuliyyətini üzərinə götürməyib.

Felestin.info “MaanNews”-a istinadla xəbər verir ki, bu sözləri o, İsrailin “Kan Reshet Bet” radiosuna müsahibəsində deyib.

İşğalçı rejimin lideri bəyan edib ki, İsrail Qəzzaya qarşı miqyaslı hərbi əməliyyata başlamağa məcbur ola bilər, ancaq bu variant bütün alternativ yollar tükəndikdən sonra seçilə bilər.

Onun sözlərinə görə, hazırda Qəzza məsələsilə bağlı bütün variantlar masa üzərindədir. Hətta Qəzzaya daxil olmaq və buranı işğal etmək variantı da nəzərdən keçirilə bilər. Bu isə İsrail üçün ən uğurlu seçim olmaya bilər. Ona görə də işğal variantı İsrail üçün sonuncu yoldur, ilk deyil.

Netanyahu diqqətə çatdırıb ki, İsrail Qəzzanı heç vaxt tam ələ keçirməyib. Çünki əgər bunu edərsə, gərək oradan çıxmasın və bölgəni daimi olaraq idarə etməyə başlasın. “Biz isə oradakı 2 milyon fələstinlini idarə etmək məsuliyyətini boynumuza götürmək istəmirik”, – deyə o qeyd edib.

İşğalçı rejimin hökumət rəhbəri xatırladıb ki, o, Qəzza zolağını hər hansı ərəb dövlətlərindən birinin tərkibinə keçirmək variantını dəfələrlə müzakirə edib və onlardan hansınınsa Qəzzanı özünə birləşdirəcəyinə hələ də ümidlə yanaşır. Lakin indiyədək heç bir ərəb dövləti bunu istəməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here