Dünən Türkiyənin İstanbul şəhərində Fələstin xalqına və Fələstin məsələsinə dəstək məqsədilə yürüş keçirilib.

Felestin.info “Palinfo”-ya istinadla xəbər verir ki, aksiyada yüzlərlə ərəb və Türkiyə vətəndaşı iştirak edib.

Cümə namazından sonra İstanbulun Fateh məscidindən başlayan yürüş “Vidar” – Fələstinlə Həmrəylik üzrə Türk Assosiasiyası tərəfindən təşkil edilib.

Nümayiş iştirakçıları Fələstin bayraqlarını və Əqsa məscidinin şəkillərini qaldırıblar, Fələstini və burada yerləşən İslama aid müqəddəs məkanları qorumağa dair çağırış səsləndiriblər.

Aksiya zamanı “Vidar” təmsilçisi tərəfindən oxunan bəyanatda Fələstin xalqının və onların hüquqlarının ciddi şəkildə müdafiə edilməsinə dair çağırış səsləndirilib. “Vidar”, həmçinin hər cümə günü Qəzzada keçirilən Böyük Qayıdış yürüşlərini də alqışlayıb.

Qeyd olunub ki, bir ildir keçirilən bu yürüşlər dünyanın diqqətini 12 ildir davam edən Qəzzanın ədalətsiz blokadasına yönəldə bilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here