Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib ki, əsas məsələ, indiyə qədər olan proseslərdən nəticə çıxarıb, işlək mexanizmin qurulmasıdır.

“İşlək mexanizm qurulsa, bu qanun işləyəcək. Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər.

Bu problemlər həll olunsa, mətbuat vasitəsilə və digər üsullarla onlarda inam yaradılsa, çox yaxşı olar. Sığorta şirkətindən soruşduqda ki, niyə sığorta etmirsən, cavab verir ki, risk böyükdür. Amma burada risklərin bölünməsi var. Müəyyən hissə dövlətin, sığortaolunanın və şirkətin üzərinə düşür.

Yeni qanun layihəsinin işləməsi üçün aşkarlıq və ciddi nəzarət mexanizmi olmalıdır. Burada ictimai nəzarət və digər effektiv işləyən nəzarət mexanizmlərindən istifadə olunmalıdır”, – deyə o əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here