Zeytun yağının çoxlarına məlum olmayan faydaları

Son illər qida rasionumuza daxil olan ərzaq məhsullarından biri də zeytun və onun yağıdır. Əgər əvvəllər sovet istehsalı olan kərə yağına daha çox üstünlük verilirdisə, günümüzdə əksər ailələrdə zeytun yağından istifadə edilir. Bu da zeytunun orqanizmə olan sonsuz faydalarından irəli gəlir. Təsadüfi deyil ki, tibb sahəsində çalışan mütəxəssislər də zeytun və onun insan orqanizimi üçün olduqca faydalı olduğunu bildirirlər. Həkim Füzuli Hüseynov deyir ki, hər bir qidaya, xüsusilə salatlara zeytun yağı əlavə etmək məsləhətdir: “Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcəkdir. Amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaqdır. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olursa, zeytun yağı əksinə çox olduqca turşuluq azalacaqdır. Başqa yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcək, amma zeytun yağı əksinə bol-bol yetildikcə nəinki daş əmələ gələcək, hətta olan daşlarınız yavaş-yavaş əriyəcək”. Fizuli Hüseynov qeyd edib ki, digər yağları çox yedikcə insan kökəlir, amma zeytun yağı heç vaxt piylənmə verməz: “Digər yağları udduqda boğazda azda olsa qıcıqlanma verəcəkdir, amma zeytun yağı əksinə heç vaxt qıcıqlanma verməyəcək. Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiməlidir”. Həkim qeyd edib ki, zeytun yağı dərinin ən yaxın dostudur: “Günəş altında bütün bədəninizi zeytun yağı ilə yağlayıb ən azı bir saat gözləyin dəriniz pambıq kimi yumşaq, rezin kimi elastik olacaq. Əgər dırnaqlarınız tez sınırsa, elastik deyilsə, saçınız sərtdirsə zeytun yağından bol-bol vurun, nəticəni az bir vaxtdan sonra görəcəksiniz. Zeytun yağından bol istifadə edənlərin dərisi parlaq olar, sellülitləri olmaz. Zeytun yağı sümükləri bərkidir, əzələləri qıc olmadan qoruyur. Ümumiyyətlə, bəzən öz dərdlərimizin çarəsi öz əllərimizdə olur, desək, yanılmarıq. Elə zeytun çəyirdəyi də bizim öz əlimizdə olan çarələrdən biridir. Əvvəlcədən onu deyim ki, zeytun çəyirdəyinin tərkibi zeytun yağından daha zəngindir. Çəyirdəyi ortadan kəsdikdə içində kərə yağına bənzər bir təbəqə olduğu görünür, minerallar və vitaminlərlə zəngin olan məhz bu qatdır. Zeytun çəyirdəyi çox güclü antioksidantdır, şiş xəstəliklərinin müalicə və profilaktikasında istifadəsi yaxşı nəticələr verir. Gündə 3 dəfə yeməkdən əvvəl 3 ədəd xırdalanmış zeytun çəyirdəyinin udulması adlarını çəkəcəyim bir sıra xəstəliklərdə faydalıdır. Yaxşı olar ki, yetişib qaralmış zeytunlar toplanıb mətli hissəsi sürtgəcdən keçirməklə ayrılsın. Xatırladım ki, zeytun meyvəsinin lətindən soyuq sıxma üsulu ilə çox keyfiyyətli yağ almaq olur. Tumlar isə qurudularaq saxlanır və udmazdan öncə uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, udlağın və ya mədə-bağırsağın selikli qişasını zədələməsin. Qurudandan sonra üyüdülərək toz halında da istifadə oluna bilər”.
Füzuli Hüseynov deyib ki, zeytun tumu və ya tozu udulan kimi mədə turşuluğunu azaldır, qısa zaman ərzində qastrit və eroziyaların sağalmasını sürətləndirir, ağrıları aradan qaldırır, kolit və bağırsaq yaraları zamanı qəbizliyi azaldır, babasili müalicə edir: “Bir ay istifadədən sonra dərinin rəngini yaxşılaşdırır, orqanizmin yenilənməsini sürətləndirir və bədəni cavanlaşdırır. Zeytun tumları hormonal pozuntuları olanlar, öd qatılığından əziyyət çəkənlər və mədəaltı vəzin iltihabı olanlar üçün də faydalıdır. Daha bir faydalı resept yetişmiş zeytun meyvələri tumları ilə birlikdə kəlbətinlə əzilir, 2 kq-lıq balonun yarısına qədər doldurulur, üstünə balon tam dolana qədər alma sirkəsi əlavə edilir, ağzı tənziflə bağlanaraq 1 ay otaq temperaturunda saxlanır. Bir aydan sonra süzülərək şəkərli diabet xəstəliyində, yüksək təzyiqdə, qan damarlarının tıxanıqlığında (ateroskleroz), yüksək xolesterində, piylənmələrdə, infarktdan sonrakı dövrdə gündə 3 dəfə, yeməkdən sonra 1 xörək qaşığı məhlul 1 stəkan su ilə qarışdırılıb içilir”. Füzuli Hüseynovun sözlərinə görə,  zeytun yağının istər yay, istərsə də qış günlərində dəriyə nə qədər faydalı olduğu çoxlarına bəllidir:
Birincisi, zeytun ağacı 4-5 əsr yaşaya bilir, bu uzunömürlük hər ağacda olmur. İkincisi, zeytun yağı başdan-başa vitamin, mineral, polifenol mənbəyidir və elə buna görə isti yay günlərində dəridən sorulma daha tez getdiyindən bunun insana nə qədər faydalı olduğunu bilməyimiz lazımdır. Üçüncüsü, həmin dövrdə yalnız soyuq sıxılma ilə alınmış zeytun yağından söhbət gedə bilərdisə, bu gün özəlliklə soyuq üsulla alınmış zeytun yağından istifadə edilməsini məsləhət görürük. Yaxşı olar, bu məqsədlə yerli yağlardan istifadə edəsiniz, məsələn, Abşeron, Zirə sızma yağları faydalıdır. Zeytun  yağı isti yay günlərində dənizə gedənlər üçün əvəzolunmazdır, yuyunmazdan əvvəl bütün bədəninizi yaxşı-yaxşı yağlayın, yuyunun, qurulanın, amma sabunla yuyunmayın, zeytun yağını dəriyə dairəvi
hərəkətlərlə çəkin, dəri qırışları və sellülit yavaş-yavaş azalacaqdır, dəriniz parlaq və canlı olacaqdır. Bunu 2-3 prosedurdan sonra görəcəksiniz. Zeytun yağı dəri xərçənginin profilaktikası üçün əla vasitədir, çünki zeytun yağı başdan-başa antioksidantdır. Zeytun yağını çəkinmədən gözaltı qırışlara çəkin, az bir vaxtdan sonra qırışların azaldığını görəcəksiniz, zeytun yağını bərabər miqdarda keçi piyi ilə əridin, soyudun, sonra daban və qarın çatlarına çəkin, çatlar az bir vaxtdan sonra keçəcəkdir. Zeytun yağını bərabər miqdarda arı mumu ilə birlikdə əridin və bu qarışımdan dodaqlarınıza çəkin, dodaqlar həm yumşaq olacaq, həm də çatlamayacaq. Zeytun yağını bədənə və üzə bol-bol çəkin, bütün ləkələr təmizlənəcəkdir. Zeytun yağı dəridən sorulur və dərinin həm qalınlaşmasına, həm də elastikləşməsinə səbəb olur, belə dəri qırışmalara meyilli olmur, zeytun yağı dırnaqları kövrək olanlar üçün də faydalıdır. Oynaq kirəcləşməsinin qarşısını alır və kirəcin fəsadlarını aradan götürür. Zeytun yağı dəridəki bakteriya və göbələkləri məhv edir. Bütün bu məqsədlər üçün rafinə edilməmiş zeytun yağından istifadə edilməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here