İranın paytaxtı Tehranda və ölkənin 950-dən çox şəhər və qəsəbəsində cümə namazı qılınan məkanlara doğru yürüşlər başlayıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, ənənəvi Ümumdünya Qüds Günü mitinqi bu il “Ümumdünya Qüds Günü ,  “Yüz ilin anlaşması” planının uğursuzluğu”, “Fələstin probleminin həlli” və “Qüdsə doğru” şüarları altında keçirilir.

Ümumdünya Qüds Günü mitinqini İranda 4000 jurnalist, fotoqraf və operator işıqlandırır. Onlarda 250-si əcnəbi jurnalistlərdir.  Yürüşdə İran prezidenti Həsən Ruhani,  XİN başçısı Məhəmməd Cavad Zərif və bir çox siyasi və ictimai şəxslər iştirak edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here