Bu il Türkiyədə dincəlməyə gələcək rusiyalı turistlərin gözlənilən sayı altı milyondan çoxdur. Ailetravel.net  RIA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Turist Agentlikləri Assosiasiyasının (TÜRSAB) prezidenti Firuz Bağlıkaya deyib. “Rusiya bizim üçün mühüm bazardır, Türkiyəyə ən çox turist məhz bu ölkədən gəlir. 2018-ci ildə ölkəmizdə dincələn rusiyalıların sayı 26 faizdən çox, 2019-cu ilin ilk üç ayı ərzində isə 37 faizdən çox artıb. Biz bu tendensiyanın ilin sonuna qədər davam edəcəyini və rusiyalı turistlərin sayının altı milyonu keçəcəyini gözləyirik”, – deyə Firuz Bağlıkaya bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here