“Burada bizim bir anlaşmamız var, qərar qəbul etmişik. “S-400”-lərlə bağlı geri addım atmaqdan söhbət belə gedə bilməz”. APA -nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bayram namazı qıldıqdan sonra jurnalistlərin sualların cavablandırarkən deyib. Türkiyə prezidenti ABŞ istehsalı olan “Patriot” raket kompleksi ilə bağlı da sualı cavablandırıb: “Əgər Rusiya kimi, onlardan da bizə təklif gəlirsə, biz “Patriot”lar mövzusunda addım ata bilərik. Bunu da özlərinə dedik. Amma “Patriot”lar mövzusunda ABŞtərəfindən təəssüf ki, təklif gəlmədi. Hazırda beynəlxalq ticarətdə hər ölkə öz mənfəətini düşünür”. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Rusiyadan “S-400” raket komleksi almasına dair razılaşma əldə olunub. Razılaşmaya əsasən, “S-400″lər yaxın vaxtlarda təhvil verilməlidir. ABŞ isə Türkiyənin Rusiyadan raket komleksi almasına etiraz edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here