“Şəfa tapmaq” istəyən insanların başına qaloş sürtürlər

Son iki gündə mətbuat və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də heç şübhəsiz “Qaloş piri” ilə bağlı yayılan videogörüntülərdir.

Musavat.com xəbər verir ki, sözügedən görüntülərdə qadınlı-kişili, çoxlu sayda insanın “Qaloş piri”nə yığışdığı, bir nəfərin isə şəfa tapmaq istəyən bu insanların başına qaloş sürtdüyü əks olunub.

İlkin versiyalardan biri bu videonun Goranboy rayonu Qurbanzadə kəndində çəkilməsi ilə bağlıdır. Əslən o rayondan olan sosial şəbəkə istifadəçilərinin yazdığına görə, insanlar 30 il əvvəl, iyunun 7-də vəfat etmiş yerli seyid Miribiş ağanın evinə yığışıb. Hər il ölümünün ildönümündə bu evə yığışıb, mədət uman yerli sakinlər onun qaloşunu başlarına sürtürlər.

Bu video cəmiyyət ziyalıları, jurnalistlər, siyasətçilər tərəfindən qınaq və istehza ilə qarşılanıb. 21-ci əsrdə insanların bu hərəkəti cahillik və primitiv düşüncənin təzahürü kimi qiymətləndirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here