Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 70,76 faiz seçici Kasım-Jomart Tokayevə səs verib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib.

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim “Nur Otan” partiyası tərəfindən irəli sürülüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here