Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qərara əsasən, G.Qabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here