Gürcüstanda Rusiyanın media şəbəkəsi formalaşdırması, həmin şəbəkənin vasitəsi ilə Qərb əleyhinə kampaniya aparması ilə bağlı xəbərlər yayılmaqdadır. Əgər deyilənlər həqiqətdirsə, o zaman oxşar təhlükənin digər MDB ölkələrində, eləcə də ölkəmzidə baş vermə ehtimalı varmı? Bu baxımdan milli maraqların daha etibarlı təmini konteksində ölkəmizdə fəaliyyət göstərən media orqanlarının maliyyə və siyasi bağlantılarının araşdırılması məntiqli olmazmı?

Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu tendensiyanın digər ölkələrdə də müşahidə edildiyini vurğuladı:

“Bu, yeni problem  deyil və bu tendensiyaya bir sıra post-sovet ölklərində rast gəlmək mümkündür. Yalnız Gürcüstan deyil, Ermənistan, Ukrayna, Belarus və s. ölklərdə də Rusiyanın bu cür cəhdləri özünü hiss etdirir. Yalnız bu ölkələrdə deyil, Qərb ölkələrində də Rusiyanın media sahəsində şəbəkə quması, onun vasitəsi ilə öz maraqlarını həyata keçirməsi müşahidə edilir. Rusiya bu məqsədlə hər il 100 milyonlarla dollar məbləğində vəsait ayırır. Kremlin bu siyasəti artıq uzun müddətdir ki, Qərb üçün əsl başağrısına çevrilməkdədir. Bu səbəbdən də Avropa və ABŞ hər il Rusiyanın bu siyasətini neytrallaşdırmaq məqsədi ilə böyük vəsaitlər sərf etməli olur.

Hesab edirəm ki, kənar qüvvələrin bu cür cədhlərinə qarşı ən effektiv mübarizə yerli media orqanlarını gücləndirmək, onların fəaliyyət imkanlarını artırmaqdır. Bu, media müstəvisində milli maraqların təmini baxımından ən düzgün və optimal addım olar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here