Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Bizimsesimiz.info APA-ya istinadən xəbər verir ki, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan “Qalatasaray” “Akhisar”ı sınağa çəkib.

Super Liqanı tərk edən sonuncular kubokun finalçısı kimi bu matça çıxıblar. Görüş Ankarada baş tutub.

Superkubokun taleyini bir qol həll edib. 39-cu dəqiqədə fərqlənən Belhanda İstanbul klubuna həm qələbə, həm titul qazandırıb.

Sonuncu dəfə 2016-cı ildə bu mükafata yiyələnən “Qalatasaray” tarixində 16-cı Superkuboku başı üzərinə qaldırıb.

Türkiyə Superkuboku
7 avqust
22:45. “Qalatasaray” – “Akhisar” – 1:0
Belhanda, 39

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here