Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salah sosial şəbəkə hesablarında Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrik mətni aşağıdakı kimidir.

“Hz. İbrahim peyğəmbərdən başlayan müqəddəs Qurban bayramı münasibətilə, Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi üzvlərinin və bütün Azərbaycan Milli Görüşçüləri adından iman əhlini təbrik edirəm.

Könül və mədəniyyət coğrafiyamızda yaşayan zülm və iztirabların qalxması, haqqın zəfəri üçün mücadilə aparan qardaşlarımıza bu günün hörmətinə başarılar arzu edirəm.

Allah təala kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul eləsin. Amin.”

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salah

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here