Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər.

Bu barədə “Henley & Partners” şirkətinin yenilənmiş Pasportlar indekasində deyilir.

İndeksdə Azərbaycan bu göstəriciyə görə, 78-ci yerdə qərarlaşıb. Birinci yerdə Yaponiya və Sinqapur durur. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilər.

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı:

Albaniya

Antiqua və Barbuda

Baham adaları

Banqladeş

Barbados

Belarus

Boliviya

Bosniya və Herseqovina

Dominika

Ekvador

Gürcüstan

Haiti

İndoneziya

İordaniya

İran

Kabo Verde

Kamboca

Kolumbiya

Komor adaları

Kuk adaları

Qazaxıstan

Qətər

Qırğızıstan

Qvineya Bisau

Laos

Livan

Madaqaskar

Makao

Malavi

Malayziya

Maldiv adaları

Marşall adaları

Mavriki

Mavritaniya

Mikroneziya

Moldova

Mozambik

Monteneqro

Namibiya

Nepal

Nikaraqua

Niue

Özbəkistan

Palau

Pakistan

Ruanda

Rusiya

Samoa

Sent Vinsent və Qrenadin

Serbiya

Seyşel adaları

Somali

Suriya

Şərqi Timor

Şimali Makedoniya

Şri Lanka

Tacikistan

Toqo

Tuvalu

Türkiyə

Ukrayna

Uqanda

Vanuatu

Yamayka

Zimbabve

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi 66-cı ölkə Ermənistandır.

Bu məsələni Trend-ə şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, siyahı tərtib olunarkən, böyük ehtimalla iki ölkə arasında diplomatik əlaqələrin olmaması faktı nəzərə alınmayıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here