“Su-25UB” hücum təyyarəsi Rusiyanın Stavropol diyarında qəzaya uğrayıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, sentyabrın 3-də Stavropol diyarında təlim-tədris uçuşu zamanı “Su-25UB” təyyarəsi qəzaya uğrayıb. Hazırda axtarış-xilasetmə xidmətinin mütəxəssisləri iki pilotun axtarışlarını aparır.

Qeyd olunub ki, uçuş döyüş komplekti olmadan yerinə yetirilirdi. Təyyarə ucqar bir yerə düşüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here