Sumqayıt sakinlərindən Xeberle.com-un sosial şəbəkələrdəki hesablarına növbəti şikayət məzmunlu məktub daxil olub. Müraciətdə Xəzər dənizinin Sumqayıt sahillərində ekoloji problemin olduğu açıq-aydın görünür. Vətəndaş tərəfindən bizə göndərilən fotolarda çirkab suların birbaşa dənizə axıdıldığı müşahidə olunur.
Məsələ ilə əlaqədar Sumqayıt şəhər Su-kanal İdarəsinin rəsmisi Rövşən Orucovla əlaqə saxladıq. Qurum nümayəndəsi bildirdi ki, fotolarda təsvir olunan mənzərə Acıdərə kanalının təmizlənmədən birbaşa olaraq Xəzər dənizinə axıdıldığı ərazıdir. O, həmçinin qeyd etdi ki, Acıdərə problemi illərdir davam edən bir məsələdir, lakin bu yaxınlarda ərazidə işlərə başlanılacaq və çirkab sular birbaşa deyil, borulara alınıb təmizlənərək dənizə axıdılacaq. Həmçinin də fotolarda olan digər mənzərə isə, Sumqayıt şəhər bulvarının yağışlı havalarda parkdan çıxan qrunt suları axıntılarıdır ki, o da çirkab su hesab olunmur.
Xədicə Səxavətqızı
Xeberle.com

Sumqayıtda çirkab sular təmizlənmədən dənizə axıdılır - AÇIQLAMA (FOTO)

Sumqayıtda çirkab sular təmizlənmədən dənizə axıdılır - AÇIQLAMA (FOTO)

Sumqayıtda çirkab sular təmizlənmədən dənizə axıdılır - AÇIQLAMA (FOTO)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here