Müstəqil jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Cexiyada milyonluq biznes şəbəkəsini aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb.
Yeniavaz.com xəbər verir ki, Cavanşir Həsənli sosial şəbəkə hesabında belə yazıb:
“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir? “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm. Belə aydan arı, sudan duru generalı olan gömrük şefi heç vaxt istefa verməz. Bilirsiniz o kimdir? Sumqayıt baş gömrük idarəsinin rəisi həmin Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen. Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın.
http://hasansons.eu/rajhrad.html








BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here