Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən Bizimsesimiz.info – ya verilən məlumata görə bu gün 15 sentyabr, Bakının daşnak, bolşevik işğalından azad olunduğu gün ilə əlaqədar olaraq partiya qurucuları Qobustan rayonu ərazisindəki naməlum şəhid məzarını ziyarət ediblər.

Tədbirdə partiya qurucuları və üzvləri partiyanın qırmızı və ay, ulduzlu bayrağı və üçrəngli dövlət bayraqları ilə bayram əhval-ruhiyyəsində toplantı keçiriblər, 15 sentyabr gününün əhəmiyyətindən, Qafqaz İslam Ordusunun rəşadətli zabit, əsgər heyətinin qəhrəmanlığından danışıblar.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin üzvləri Fəxrəddin Hüseyn, Rövşən Zamanlı, Mərdan Məhəmmədəliyev, Ülvi Quliyev, Taleh Hüseynli və digər yoldaşlar çıxış ediblər.

Partiyanın Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salah çıxış edərək bu günün tarixi, siyasi əhəmiyyətindən danışıb və 15 sentyabrın Bakının azad edilməsi günü ilə yanaşı müsəlmanların birlik, bərabərlik və qardaşlıq ruhundan doğan bir gün, ümmət şüurunun təntənəsi adlandırıb.

İmran Kərimli


BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here