Uzun müddətdir Azərbaycan cəmiyyətində “uşaq pulu”nun, yəni müəyyən yaş həddinə kimi uşaqlara verilən sosial müavinətin bərpa olunması ilə bağlı fikirlər səsləndirilir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda “uşaq pulu”nun bərpası ilə bağlı səslən fikirlərə həm hökumət, həm də millət vəkilləri səviyyəsində müxtəlif münasibət bildirilsə də, məsələ ilə bağlı yekun qərar verilməyib.
Xatırlayırsınızsa, bu ilin əvvəlində sosial şəbəkələrdə və mətbuatda “uşaq pulu”nun bərpa olunacağı ilə bağlı məlumatlar yayıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlma verərək bildirdi ki, “uşaq pulu”nun veriləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Millət vəkillərinin bəzilər isə “uşaq pulu”nun artırılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Amma, bugünə kimi “uşaq pulu”nun bərpası ilə bağlı real addımlar atılmayıb.
Qeyd edək ki, müəyyən yaş həddinə kimi uşaqlara verilən sosial müavinət Azərbaycanda 2006-cı ilə kimi verilib. Lakin, 2006-cı ildən sonra məbləğin olduqca aşağı səviyyədə olması səbəbindən ləğv olunub və bundan sonra əhaliyə verilən ünvanlı sosial yardımın tərkibində bir yaşadək uşaqlar üçün müavinət təyin olunub. Hazırda “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat müavinət təyin edilir.
“Uşaq pulu”nun verilməsinə qarşı olanların səsləndirdiyi iki əsas arqument var:
Onlardan biri odur ki, bəzi ailələrin gəlirləri kifayət qədər yüksəkdir və ona görə də “uşaq pulu” bərpa olunan zaman sosial ədalət prinsipi pozulacaq.
Məlumat üçün bildirək ki, açıqlanan son rəsmi statistikaya görə Azərbaycan əhalisinin 97%-nin adambaşına düşən aylıq xərcləri 500 manatdan, 85%-nin adambaşına düşən aylıq xərcləri 350 manatdan,  45%-nin adambaşına düşən aylıq xərcləri isə 250 manatdan aşağıdır. Rəqəmlərdən də göründyü kimi ölkə əhalisinin böyük əksəriyyətinin varlı hesab etmək mümkün deyil. Hətta bunun əksini hesab etsək və Azərbaycanda varlı insanların sayının daha çox olduğunu nəzəra alsaq, o zaman bəzi ölkələrdə “uşaq pulu” ilə bağlı tətbiq edilən sistemdən yararlanmaq olar. Məsələn, İtaliyada “uşaq pulu” ailələrin gəlirlərinə görə müəyyən olunur və ailənin gəliri artdıqca “uşaq pulu”nun məbləği də azalır.
“Uşaq pulu”nun verilməsinə qarşı olanların səsləndirdiyi ikinci əsas arqumet isə odur ki, “uşaq pulu” dövlət büdcəsi üçün əlavə yük ola bilər.
Yenə də açıqlanan rəsmi rəqəmlərə baxdığımız zaman belə görünür ki, Azərbaycanda “uşaq pulu”nun verilməsi nəzərdə tutulan 0-3 yaşlı uşaqların sayı ölkə əhalisinin cəmi 4,4%-ni təşkil edir. Əgər “uşaq pulu” 3 yaşına qədər uşaqlara verilərsə bu təxminən 440 min uşağı əhatə edəcək. Bu uşaqların bir yaş yarıma qədər olanlarına hər ay 80 manat, yaş yarımdan 3 yaşına qədər olanlara isə 60 manat müavinət verilərsə, bu, ay ərzində təxminən 31 milyon, il ərzində isə 372 milyon manat edir. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 25,6 milyard manat olacağını nəzərə alsaq, 372 milyon manatlıq vəsait elə də böyük yük ola bilməz. Bu vəsait büdcə xərclərinin cəmi 1,4%-ni təşkil edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here