Nəyə görə 10.000 addım. Bu bir proqramdr, həkimlər, dietoloqlar, kardiloqlar dönə-dönə məsləhət görür. Xüsusi cihazlar, telefonda tətbiqlər var ki, sizin addımlarınızı ölçür. Bütün ağıllı cihazlarda 10.000 addım rejimi var.  Bu rəqəmin sirri nədədir?
Birincisi, bu çox ambisiyalı, möhtəşəm, cəlbedici və əlçatmaz görünən rəqəmdir. Amma fitnes cihaz, telefon tətbiqində sutkanın sonuna yaxın bu rəqəmi gördükdə, insan özü ilə fəxr edir. Axı necə oldu bu qədər addım atdım?
Yapon alimin kəşfi
İkincisi, bu bir marketinq gedişidir, 1960-cı illərdə Yaponiyada Manro Kei addımölçəninin hazırlanması və təbliği üçün düşünülüb. Bu sözün tərcüməsi yaponcadan 10.000 addım deməkdir.
Bu cihaz beldə gəzdirmək üçün yumru saata bənzəyirdi. Mexanizmi insanın addımlarını ölçürdü və son rəqəmi 10.000 idi.
Cihazın və nəzəriyyənin müəllifi gənc yapon alimi Yosiro Hatano əmin idi ki, məhz 10.000 addım orta statistik bir yaponun oturaq iş rejimindən xilas edib, piylənmədən qorumaq üçün yetərlidir.
Doktor yaponların gündə cəmi 4-5000 addım atdığını və gündə 400 kkal miqdarında qida qəbul etdiyini hesablamışdı. Bu kalorilər isə bu qədər addımla yandırılmır. Yalnız 10.000 addımda sonra 400-500 kalori yandırıla bilər.
Düzdür, bu alimdən sonra bir sıra kiçik tədqiqatlar olub. Amma dünya səhiyyəsində 10.000 addımın insan sağlamlığı üçün ideal olması barədə dəqiq kliniki elmi tədqiqatlar yoxdur. Amma heç kim buna qarşı da çıxmır. Çünki insan yatmaq, oturmaq üçün yox, hərəkət üçün yaranıb və 10.000 addımı atırsa, deməli, dəyişim yaxşılığa doğru olacaq.
Moderator.az medicina.az-a istinadən 10.000 addım atmağın bədənə, orqanizmə faydalarını təqdim edir.
Araşdırmalara görə, gündə 5000 addımdan az gəzən insanlarda diabet, piylənmə, əzələ atrofiyası, ürək-damar problemləri, infarkt və insult riski çox olur. Günə 5000 və çox addım atanlarda yüksək təzyiq də az rast gəlinib.
Amma indi həkimlər insanın birdən-birə 10.000 addım rejiminə keçməsini təhlükəli hesab edir. Əsasən yaşlılar, xroniki xəstəlikləri, ürək və diabet problemləri olanlar 5000 addım atsalar kifayətdir.
1.Ürəyiniz daha güclü və davamlı olacaq – qan oksigenlə çox dolur, əzələlər aktivləşir. Qanda qlükoza yandırılır.
2.Ağciyərləriniz açılır – ağciyər və onu əhatə edən əzələləri möhkəmləndirir. Ağciyərlərə oksigen çox gəlir, bu da bütün bədənin sağlamlığı deməkdir.
3.Sümüklər möhkəmlənir
Sümüklərin daim işləməsi və əlavə yük onların sıxlığını artırır, osteoparoz, oynaq problemi riskini azaldır.
4.Beyin aktivləşir
Beyinə qan dövranı artır, endorfin hormonu hasil olur, insanın narahatlığı gedir, beynin məhsuldarlığı artır. Toksinlərdən təmizləyir, yaddaş güclənir
5.Qanda şəkərin miqdarı tənzimlənir
Diabet xəstələrinin buna görə insulindən sonra ikinci dərmanı gəzməkdir. Əzələlər qandan qlükozanı sərf edir.
6.Qamət yaxşılaşır, bədən daha çevik olur
Sübut olunub ki, belin, ayaqların incəlməsi və möhkəmlənməsi üçün gündə 7-10.000 addım kifayətdir. Bu yarım saatlıq güclü idmana, məşqə bərabərdir.
7.Təzyiqiniz düşür
Hər gün addımlamaq damarların sərtliyini azaldır, elastik edir, qan dövranını yaxşılaşdırır, tromb əmələ gəlməsinin qarşısını alır
Eləcə də gündə 7-10000 addım insanı enerjili edir, ürək və qan dövranını yaxşılaşdırır. Bu isə yorğunluğu aradan qaldırır, əhvalı yaxşılaşdırır, xoşbəxtlik hormonlarını sintez edir.
Nə qədər vaxt aparır.
10.000 addım birdəfəyə havaya çıxıb 10.000-ə çatmaq deyil. Sizin gün ərzində atdığınız addımlar daxildir. Gəzərkən sürətli yox, asta tezlik seçin. Birdəfəlik gəzmək üçün 45-60 dəqiqə kifayətdir. İdeal variant dəqiqədə 100 addımdır. Əgər siz bunu edə bilmirsizsə, məcbur etməyin.
Əsas odur təngnəfəs olmayasız. Bu sizə zövq verməlidir. Özünüzü heç nəyə məcbur etməyin. Çox gəzdiyiniz, iş gördüyünüz, idman etdiyiniz günlərdə 10.000 addım sevdasını unudun. Çünki kifayət qədər fiziki aktiv olmusuz.
Ümumdünya səhiyyə təşkilatı bildirir ki, əgər insan gündə 5000 addımdan az addım atırsa, o insan oturaq həyat sürən hesab olunur və sağlamlığında problemlər yaşayırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here