“Əvvəllər Raykom katibləri başqa işlərlə də məşğul oldurdular, onda kolxoz var idi, orda da işlədikləri üçün vətəndaşları hər gün qəbul edə bilmirdilər”.

Bunu açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov icra hakimiyyətlərinin fəaliyyəti haqda danışarkən deyib. R.Mahmudov bildirib ki, icra başçıları istənilən vaxt vətəndaşları qəbul edib, onların probleminin həllinə çalışmalıdır:

“Ümumiyyətlə, məmurlar istənilən vaxt vətəndaşları qəbul edib, onların problemləriylə maraqlanmalıdır. Əvvəllər Raykom katibləri başqa işlərlə də məşğul oldurdular, onda kolxoz var idi, orda da işlədikləri üçün vətəndaşları hər gün qəbul edə bilmirdilər. İndi icra başçılarının vətəndaşları qəbul etməkdən başqa elə bir işləri yoxdur. Onlar insanların dərdinə şərik olmalıdırlar. Başqa nə iş görürlər ki? Bir müddət sonra icra hakimiyyətləri də ləğv ediləcək və rayonlara bələdiyyələr rəhbərlik edəcək. Çünki icra hakimiyyətləri imkan vermir bələdiyyələr işləsin. Bunlar nəyi icra edir ki, hələ icra başçısı da işləsin”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here