ABŞ Xəstəliyə Nəzarət və Mühafizə Mərkəzi elektron siqaretlərdə zərərli maddənin aşkarlandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, mərkəzə görə, elektron siqaretlərdə istifadə olunan “vitamin E asetat” adlı kimyəvi maddə ağciyər xərçənginə səbəb ola bilər.
Araşdırmalara əsasən, ABŞ-da elektron siqaretlər 2 mindən çox xərçəng diaqnozuna, 40-dan çox ölümə səbəb olub. Mütəxəssislər 10 ştatda 29 nəfərin narahatlıqlarını araşdırıb və “vitamin E asetat” maddəsinin problemin səbəbi olduğunu müəyyənləşdirib.
Tədqiqat qrupunun üzvlərindən olan Ceyms Perkl “vitamin E asetat”ı yapışqan maddə kimi təsvir edib və nəfəs yolu ilə ağciyərə daxil olduğu və xaric edilmədiyini bildirib.
Elektron siqaretdəki digər maddələrin tədqiqatı davam etdiriləcək.
Qeyd edək ki, elektron siqaretdən istifadə edənlərdə nəfəs çatışmazlığı, yorğunluq, sinə ağrısı, qusma və s. şikayətlər görülür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here