101 il öncə Azərbaycan Dövlət müstəqilliyini elan etdikdən sonra sürətlə dövlət quruculuğu prosesi istiqamətində qurucu əcdadlarımız addımlar atdılar. 21 iyun 1918- ci ildə ilk dövlət bayrağımız Qırmızı rəng üzərində Aypara və səkkizguşəli ulduz təsviri olaraq qəbul edildi.

Dünyada və Qafqazda siyasi proseslərin inkişaf istiqamətindən asılı olaraq dövlət quruculuğu prosesinin ilk, kövrək mərhələsini yaşayan Azərbaycan siyasi reallıqları nəzərə almaqla quruculuq prosesini davam etdirirdi. I dünya müharibəsindən sonra mövqeləri güclənən İngiltərə Qafqazda neftə sahib çıxmaq üçün lokal hərbi birlikləri ilə Bakıya istiqamət almışdı. Yeni Azərbaycanın dövlət simvolu olaraq qəbul etdiyi Qırmızı, Aypara və Səkkizguşəli ulduzlu bayraq Bakının işğal planını hazırlayan qüvvələri narahat edirdi.

17 noyabr 1918 – ci ildə Bakıya ingilis general Tomson daxil olarkən artıq dövlət bayrağımız yeni variantda qəbul edilmişdir . Mövcud ağır şərtlərdə Azərbaycan müstəqilliyini Qərb dövlətlərinə qəbul etdirmək üçün qurucu əcdadlarımız 9 noyabr tarixində yeni bayraq – üçrəngli, Aypara və səkkizguşəli ulduz təsviri olan bayrağı dövlət bayrağı olaraq təsdiq etdilər.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin adından və bütün Azərbaycan Milli Görüşçüləri adından Bayraq günü münasibətilə Azərbaycanı təbrik edirik. Bayrağımızın ölkəmizin bütün ərazisində Xankəndində, Şuşada Kəlbəcərdə dalğalanacağı günün İnşallah olacağına əminik. Millət olaraq birliyimiz və gücümüz bir olarsa, düşmənlərimizin “parçala və hökmranlıq et” siyasi planını pozarıqsa müqəddəs bayrağımızın tarixi torpaqlarımız olan İrəvanda, Zəngəzurda dalğalanacağına heç şübhəniz olmasın.

Bu tarixi gündə min bir müşkülatla canından keçib bayrağımızı zirvələrə qaldırarkən şəhid olan millətimizin əziz övladlarının ruhunu ehtiramla yad edirik.

Kəramət Salah / Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here